Digər İdman Növləri

Karate turniri başa çatdı
Digər İdman Növləri

Karate turniri başa çatdı

Azərbaycanın əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş “kyokuşin (Kay) senşi karate” üslubu üzrə karate turniri başa çatıb. Futbolpress.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə qüvvəsini sınayıb. Tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri iştirak ediblər. Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbir çərçivəsində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mi...
“Neftçi” “Amsterdam”la bacarmadı
Digər İdman Növləri

“Neftçi” “Amsterdam”la bacarmadı

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi komanda “Amsterdam”la (Niderland) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb – 18:15. “Neftçi” bu gün keçirdiyi ilk matçda Taylanda 14:19 hesabı ilə uduzub. İki oyunda da məğlub olan “ağ-qaralar” Dünya Seriyasının Şanxay mərhələsində mübarizəni başa vurub. source
Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda
Digər İdman Növləri

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda

Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər edib. Futbolpress.az xəbər verir ki, məqsəd oktyabrda keçiriləcək “Silk Road Tour”un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar. Xatırladaq ki, 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Road Tour” Dünya Kubokunun ilk mərhələsinə B...
Üzgüçülükdə yeni ölkə rekordu müəyyənləşdi
Digər İdman Növləri

Üzgüçülükdə yeni ölkə rekordu müəyyənləşdi

Azərbaycanın üzgüçülük idmanı tarixində yeni rekord qeydə alınıb. Futbolpress.az xəbər verir ki, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticə göstərib. O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib. Qeyd edək ki, Cəmil Əliyev bundan əvvəl 10 saat fasiləsiz üzərək ölkə üzrə rekordu müəyyənləşdirmişdi. source
Azərbaycanı Münhendə onlar təmsil edəcək
Digər İdman Növləri

Azərbaycanı Münhendə onlar təmsil edəcək

Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Futbolpress.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar. source
“Sabah” Azərbaycan çempionu oldu
Digər İdman Növləri

“Sabah” Azərbaycan çempionu oldu

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub. Futbolpress.az xəbər verir ki, “bayquşlar” final seriyasının üçüncü oyununda da “Abşeron Lions”u məğlub edib – 108:95. Əvvəlki iki matçda da qalib olan “Sabah” mövsümün çempionu adını qazanıb. source
Azərbaycan cüdoçusundan bürünc medal
Digər İdman Növləri

Azərbaycan cüdoçusundan bürünc medal

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb. Futbolpress.az xəbər verir ki, 26 yaşlı cüdoçu üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudini məğlub edib. Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyib. source
İlham Əliyev güləşçiləri qəbul etdi
Digər İdman Növləri

İlham Əliyev güləşçiləri qəbul etdi

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Futbolpress.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Salaməleyküm, əyləşin. İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərg...
Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”
Digər İdman Növləri

Bayramov: “Hədəfim Avropa çempionu olmaq idi”

Sərbəst güləş üzrə Avropa ikincisi Turan Bayramov (74 kq) təəssüratlarını bölüşüb. Futbolpress.az xəbər verir ki, o, Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Hədəfim Avropa çempionu olmaq idi. Artıq ikinci dəfədir ki, bu şansı əldən verirəm. Çox təəssüflənirəm. Final görüşündə taktiki səhv etdim. Bütün hesablarım 3:0-dan sonra puça çıxdı. Bu medalı qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm. Rəqibin güləş üslubu bizimkindən tam fərqlidir. O, rəqibi tutub saxlamaqla fəndlərini tətbiq edir. Mənə açıq güləşən rəqiblərlə mübarizə rahat olur. Bu idmançı isə daha çox fiziki güc hesabına, rəqibi döşəkdən kənarlaşdırmaqla üstünlük qazanır. Bu da mənim güləş üslubuma uyğun olmadığı üçün çətinlik yaradır. Yunan-Roma güləşində 77 kq, sərbəst güləşdə isə 74 kq ən rəqabət...
Əliyeva: “Məqsədim çempion olmaq idi”
Digər İdman Növləri

Əliyeva: “Məqsədim çempion olmaq idi”

Qadın güləşi üzrə Avropa üçüncüsü Jalə Əliyeva (57 kq) təəssüratlarını bölüşüb. Futbolpress.az xəbər verir ki, bürünc medal qazanan idmançı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”. source