“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi komanda “Amsterdam”la (Niderland) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb – 18:15.
“Neftçi” bu gün keçirdiyi ilk matçda Taylanda 14:19 hesabı ilə uduzub.
İki oyunda da məğlub olan “ağ-qaralar” Dünya Seriyasının Şanxay mərhələsində mübarizəni başa vurub.
