Azər Məmmədov: “Komandada hələ ki, stabillik çatışmır”
Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” – “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, ilk növbədə mütəxəssis ağır məğlubiyyəti şərh etdi:
– Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda...










