Digər İdman Növləri

ABF Kotaraçla yollarını ayırdı
Digər İdman Növləri

ABF Kotaraçla yollarını ayırdı

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub. Futbolpress.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb. Milan Kotaraç iki il ərzində bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb. Bu müddət ərzində mütəxəssis gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsində çıxışlara hazırlanmasına xüsusi diqqət yetirib. source
Fərid Qayıbov “SportAccord”un rəhbəri ilə görüşdü
Digər İdman Növləri

Fərid Qayıbov “SportAccord”un rəhbəri ilə görüşdü

Gənclər və İdman Nazirliyində Azərbaycan ilə “SportAccord” qurumu arasında əlaqələrin genişləndirilməsi istiqamətində vacib görüş keçirilib. Futbolpress.az xəbər verir ki, nazir Fərid Qayıbov “SportAccord”un rəhbəri Uğur Erdenerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Danışıqlar zamanı ölkəmizdə irimiqyaslı beynəlxalq idman turnirlərinin təşkili, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və digər prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün əsas mövzularından biri də gələn il Bakıda təşkil olunacaq “SportAccord World Sport & Business Summit”ə hazırlıq prosesi olub. Tərəflər tədbirin yüksək standartlara uyğun keçirilməsi və növbəti mərhələdə atılacaq addımları nəzərdən keçiriblər. Görüşdə həmçinin nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Bakı Şəhər ...
Azərbaycan idmançısı Avropa çempionu oldu
Digər İdman Növləri

Azərbaycan idmançısı Avropa çempionu oldu

Azərbaycan stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” turnirində tarixi uğura imza atıb. Futbolpress.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların yarışında mübarizə aparan Mehin ilk 3 mərhələni lider olaraq yekunlaşdırıb. O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa təmsilçilərini yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Yarımfinal mərhələsində İsveçrə idmançısına şans verməyən (3:0) təmsilçimiz mini Avropa çempionatı hesab olunan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Həlledici qarşılaşmada turnirin son qalibi, Latviya təmsilçisi Kaya Tvoroqalla üz-üzə gələn Mehin Mirzəbalayeva rəqibini 3:1 hesabı ilə məğlub edərək “Euro Mini Champs”ın çempionu olub. Bu nəticə Azərbaycan stolüstü tennisçilərinin sözügedən turnirdə q...
Musab Məmmədtağıyev Avropanın ən yaxşısı oldu
Digər İdman Növləri

Musab Məmmədtağıyev Avropanın ən yaxşısı oldu

Kosovanın paytaxtı Priştina şəhərində keçirilən ağırıqqaldırma üzrə Avropa birinciliyinin yekunlarına əsasən, Azərbaycan milli komandasının üzvü Musab Məmmədtağıyev turnirin ən yaxşı kişi atletı adına layiq görülüb. Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb. SİNCLAİR əmsal cədvəlinə əsasən aparılan dəyərləndirmədə təmsilçimiz yarışdakı bütün rəqiblərini geridə qoymağı bacarıb. O, ən yaxın izləyicisi olan Ermənistan idmançısı Tiqran Avetisyanı 18 əmsal üstələyərək zirvəyə yüksəlib. Musab Məmmədtağıyev 70 kq çəki dərəcəsində mübarizə apararaq 3 qızıl medal qazanıb. Bununla yanaşı, oğlanlardan ibarət milli komandamız da uğurlu çıxışı ilə diqqət çəkib. Qazanılan medalların sayı və keyfiyyətinə görə yığmamız 24 ölkə a...
Bölgələrdən seçilən gənc istedadlar Bakı toplanışında
Digər İdman Növləri

Bölgələrdən seçilən gənc istedadlar Bakı toplanışında

Oğuz, Tovuz və Şəki rayonlarından seçilmiş 11 perspektivli uşaq paytaxt Bakıya dəvət alıb. Futbolpress.az xəbər verir ki, onlar 2026-cı ilin mart və aprel aylarında baş tutan istedadlı uşaqların aşkarlanması layihəsi çərçivəsində fərqlənənlərdir. Avqustun 25-dən 30-dək davam edəcək toplanış müddətində iştirakçılar bir sıra fiziki və texniki sınaqlardan, eləcə də qiymətləndirmə mərhələlərindən keçəcəklər. Sınaqların yekununda aralarından ən bacarıqlı və gələcəyi parlaq olanlar seçilərək onların inkişaf perspektivləri müəyyənləşdiriləcək. source
AVRO-2026: Bakıda Belçika və Niderlanddan qələbə
Digər İdman Növləri

AVRO-2026: Bakıda Belçika və Niderlanddan qələbə

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda daha iki qarşılaşma baş tutub. Futbolpress.az xəbər verir ki, Belçika yığması İspaniya millisini 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8) hesabı ilə üstələyib. Günün digər görüşündə isə Niderland komandası Rumıniya kollektivi üzərində çətin qələbə qazanıb — 3:2 (25:21, 26:28, 25:15, 22:25, 15:9). C qrupunun matçları avqustun 28-dək Milli Gimnastika Arenasında davam edəcək. Turnirin start oyununda Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub etmişdi. source
Azərbaycan cüdoçularının DÇ-də ilk rəqibləri
Digər İdman Növləri

Azərbaycan cüdoçularının DÇ-də ilk rəqibləri

Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Futbolpress.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri müəyyənləşib. Azərbaycan 20–23 avqust tarixlərində keçiriləcək mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq. Yeniyetmələr arasında dünya çempionatında ilk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə 20 avqust saat 19:00-da, final bloku isə 21 avqust saat 02:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Qızlar -40 kq, 1/8 finalSunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan) -44 kq, 1/16 finalPərvin Sevxanlı – Lihi Soffer (İsrail) -48 kq, 1/16 finalKönül Eyvazlı – Ella B...
Dünya çempionatında 2 medal
Digər İdman Növləri

Dünya çempionatında 2 medal

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan U-20 dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb. Futbolpress.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov təsəlliverici matçda Finlandiya təmsilçisi Matias Arpiaynenə heç bir şans verməyib – 8:0. Millimizin üzvü bürünc medal uğrunda həlledici qarşılaşmada Ekvador idmançısı Klizman Velisə gərgin mübarizədə (2:1) üstün gələrək 3-cü yeri tutub. 77 kq-da çıxış edən Cavidan Nehmətov isə çempionluq görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə görə rəqib qalib elan olunub və təmsilçimiz turnirin gümüş mükafatına yiyələnib. source...
Milli komandamız Kosovoya gedir
Digər İdman Növləri

Milli komandamız Kosovoya gedir

Avqustun 20–27-sində Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunacaq ağırlıqqaldırma üzrə U-15 Avropa birinciliyində Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq. Futbolpress.az  xəbər verir ki, qitə çempionatında 8 oğlan və 3 qız ağırlıqqaldıranımız medal uğrunda mübarizə aparacaq. Qadınların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova (hər ikisi 49 kq) və Hənifə Məhərrəmli (61 kq) “körpücük” üzərinə çıxacaqlar. Kişilərin mübarizəsində isə Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məmmədtağıyev, Kamran Xappayev (hər ikisi 70 kq), Lətif Əliyev, Əbdulhüseyn Hüseynov (hər ikisi 75 kq), Fəxrəddin Allahverdiyev və Elcan Əliyev (hər ikisi 85 kq) güclərini sınayacaqlar. Milli komanda turnirə baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rə...
Federasiya rəhbərliyi milli üzvləri ilə görüşdü
Digər İdman Növləri

Federasiya rəhbərliyi milli üzvləri ilə görüşdü

Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçu oğlanlardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçi heyəti iştirak edib. Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb. Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğ...