Digər İdman Növləri

Cüdoçularımız Qazaxıstandakı toplanışda
Digər İdman Növləri

Cüdoçularımız Qazaxıstandakı toplanışda

Azərbaycanın cüdo üzrə milli komandası Qazaxıstanın Almatı vilayətində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıb. Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən hazırlıq prosesində 30-a yaxın ölkədən 700-dən artıq idmançı gücünü sınayır. Yığmamızın üzvləri toplanış müddətində fiziki və texniki göstəricilərini yüksəltməklə yanaşı, xarici rəqiblərlə randori məşqləri də keçirirlər. Hazırlıq prosesinə avqustun 15-də yekun vurulacaq. source
Boksçularımız Bakıda növbəti sınaqda
Digər İdman Növləri

Boksçularımız Bakıda növbəti sınaqda

Kişi boksçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının yeni mərhələsinə qədəm qoyub. Futbolpress.az xəbər verir ki, Almaniya mərhələsini başa vuran milli komandamız baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında hazırlıqlarını Bakıda sürdürür. Bakı Boks Mərkəzində gerçəkləşən təlim-məşq prosesinə Türkmənistan seçməsi də qoşulub. Komandaların birgə hazırlığı avqustun 22-dək davam edəcək. Bu toplanış Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə hazırlıq məqsədi daşıyır. source
Milli çempionatın püşkü atıldı
Digər İdman Növləri

Milli çempionatın püşkü atıldı

Çimərlik voleybolu üzrə qadın və kişi komandaları arasında keçiriləcək Azərbaycan çempionatının püşkatma mərasimi baş tutub. Futbolpress.az xəbər verir ki, turnir avqustun 4-dən 8-dək Bakı Su İdmanı Sarayında gerçəkləşəcək. Yarışın əsas mərhələ görüşləri avqustun 4-ü və 5-də oynanılacaq. Həmin günlərdə ilk matçlar saat 09:00-da, günün son qarşılaşmaları isə 17:00-da start götürəcək. Bürünc medallar uğrunda mübarizə avqustun 6-da, həlledici final oyunları isə avqustun 8-də keçiriləcək. Çempion adını qazanan kollektivlər 2026-cı ildə təşkil olunacaq klublararası çimərlik voleybolu üzrə CEV Avropa çempionatında ölkəmizi təmsil etmək şansı əldə edəcəklər. source
Musayevdən ikinci qələbə
Digər İdman Növləri

Musayevdən ikinci qələbə

Azərbaycanın titullu MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti sınağına çıxıb. Futbolpress.az xəbər verir ki, 36 yaşlı idmançımız Serbiyanın paytaxtı Belqradda təşkil olunan “UFC Fight Night” turnirində qüvvəsini sınayıb. Yüngül çəki dərəcəsində baş tutan gecənin ilkin kartında yer alan təmsilçimiz slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın sonunda rəqibinə qalib gələn idmançımız nüfuzlu turnirdə növbəti uğuruna imza atıb. Bu, Tofiqin UFC-də üçüncü döyüşü idi. O, 2025-ci ilin iyununda Bakıdakı debütündə Mıktıbek Orolbaya uduzsa da, 2026-cı il martın 28-də İqnasio Bahamondesi məğlub edərək yarışdakı ilk qələbəsini qazanmışdı. source
Cahangir Fərəcullayev Avropa çempionları ilə görüşdü
Digər İdman Növləri

Cahangir Fərəcullayev Avropa çempionları ilə görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan milli komandası ilə görüşüb. Futbolpress.az xəbər verir ki, görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, yığmanın məşqçilər korpusu və futbolçuları iştirak ediblər. Cahangir Fərəcullayev komandanı B Liqasının çempionu olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib millimizə qitənin ən güclülərinin mübarizə apardığı A Liqasında uğurlar arzulayıb. source
Azərbaycan idmançısı Dünya Kubokunda finalda
Digər İdman Növləri

Azərbaycan idmançısı Dünya Kubokunda finalda

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun finalına yüksəlib. Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. O, 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) üzrə təsnifat mərhələsində 534 xal toplayaraq həlledici raunda vəsiqə qazanıb. Bu gün start götürən turnirə iyulun 29-da yekun vurulacaq. source
“Neftçi”nin yeni loqosu – FOTO
Digər İdman Növləri

“Neftçi”nin yeni loqosu – FOTO

“Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib. Futbolpress.az xəbər verir ki, ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb. Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə “NEFTÇİ” İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi — “1937” rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir. source
“Milli”nin oyunçusu “Turan”da
Digər İdman Növləri

“Milli”nin oyunçusu “Turan”da

Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Ceyran İmanovanın yeni klubu məlum olub. Futbolpress.az xəbər verir ki, təcrübəli oyunçu “Turan”la anlaşıb. Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Yığma üzvü 2026/2027 mövsümündə bölgə təmsilçisinin şərəfini qoruyacaq. İmanova ötən mövsümü “DH Volley”də keçirib. source
Sultanova ilk medalını qazandı
Digər İdman Növləri

Sultanova ilk medalını qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir. Futbolpress.az xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb. Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub. Birgül kanadalı Miki Roubottoma “tuş”la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb. Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10. Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9. source...
Azərbaycan klubunun Avropa Kubokundakı rəqibləri bilindi
Digər İdman Növləri

Azərbaycan klubunun Avropa Kubokundakı rəqibləri bilindi

“Gəncə” basketbol komandasının FIBA Avropa Kubokundakı rəqibləri bəlli olub. Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupunda yer alan klublarla üz-üzə gələcək. “Gəncə” Rumıniyanın “Universitatiya”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos H Hotels” və Türkiyənin “Esenler Erokspor” komandaları ilə qarşılaşacaq. FIBA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində mübarizə aparacaq “LANDAU Lions” basketbol komandası uğursuzluqla üzləşəcəyi təqdirdə, Avropa Kubokunun qrup mərhələsində çıxış edəcək. Azərbaycan təmsilçisi ÇL-də mübarizəni dayandırsa, püşkün nəticəsinə əsasən G qrupunda mübarizə aparacaq. Komanda burada İsveçrənin “Lions de Geneve”, Danimarkanın “Bakken Bears Arhus”, Portuqaliyanın “Benfika”, Türkiyənin “Yukatel Denizli B...