Digər İdman Növləri

“Turan” – çempion
Digər İdman Növləri

“Turan” – çempion

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub. Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Turan” və “DH Volley” komandaları üz-üzə gəlib. “Turan” 3:1 hesabıyla qələbə qazanaraq çempion adını qazanıb. Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı “Gəncə” komandası olub. source
Güləşçilərimiz Türkiyəyə yollanır
Digər İdman Növləri

Güləşçilərimiz Türkiyəyə yollanır

Sabah Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start veriləcək. Futbolpress.az xəbər verir ki, aprelin 20-dək davam edəcək ənənəvi yarışda U20 yaş qrupu üzrə milli komandaların üzvləri mübarizə aparacaq. Turnirə yollanan idmançılarımızı təqdim edirik: Sərbəst güləş 57 kq Muhəmməd İsmayılov 61 kq Camal Abbasov 65 kq Bəşir Verdiyev 70 kq Hacı Kərimov 74 kq Nurlan Ağazadə 79 kq Elcan İsmayılzadə, Muradxan Omarov 86 kq Məhəmməd Abbaszadə 92 kq Hüseyn Məmmədtağızadə 97 kq Fərhad Süleymanlı 125 kq Yusif Dursunov, Muxamad Qantemirov Böyük məşqçi Arif Abdullayev Məşqçi Rövşən Hacıyev Məşqçi Nazim Əlicanov Məşqçi Əşrəf Əliyev   Qadın güləşi 50 kq Nəzrin Əhmədli 53 kq Esra Məmmədli 55 kq Səadət Quliyeva 72 kq Zəhra Kərimzadə Məşqçi Həsrət Məmmədyarov   Yunan-Roma güləşi 55 kq Emin Cavadlı...
Azərbaycan idmançıları Çinə yollandı
Digər İdman Növləri

Azərbaycan idmançıları Çinə yollandı

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar. Futbolpress.az xəbər verir ki, Seçmə komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər. Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər. Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. source
Kukseviç: “Özümüz rəqibə daha çox kömək etmiş oluruq”
Digər İdman Növləri

Kukseviç: “Özümüz rəqibə daha çox kömək etmiş oluruq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə məğlubiyyətdən sonra (2:5) fikirlərini bölüşüb. Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçularının gözlənilməz səhvlərə yol verdiklərini deyib: “Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”. source...
Dövlət qurumları arasında şahmat turniri keçirildi
Digər İdman Növləri

Dövlət qurumları arasında şahmat turniri keçirildi

Aprelin 8-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib. Futbolpress.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan tədbirdə 19 dövlət qurumundan 49 əməkdaş iştirak edib. Qadınlar arasında Afaq Xudaverdiyeva (Mərkəzi Bank) birinci olub. Qəndab Əzizova (“Azərbaycan Dəmir Yolları” QSC) yarışı ikinci, Fizzə İsmayılova (Dövlət Gömrük Komitəsi) üçüncü pillədə başa vurub. Kişilər arasında Sənan Quliyev (“Azərbaycan Dəmir Yolları” QSC) birinci, Murad Quliyev (Mərkəzi Bank) ikinci, Ədalət Umudov (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü yeri tutub. source
502 şahmatçı arasında 14 azərbaycanlı
Digər İdman Növləri

502 şahmatçı arasında 14 azərbaycanlı

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək. Futbolpress.az xəbər verir ki, mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir. Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək. Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq. Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq. Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq. source...
“Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirildi
Digər İdman Növləri

“Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirildi

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Futbolpress.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov yarışın əhəmiyyətini qeyd edib, turnirə güclü komandaların qatıldığını vurğulayıb. Ardınca yarışın bolqarıstanlı supervayzeri Svetoslav Sapounciyev Təşkilat Komitəsinə minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb. Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub. Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən turnir aprelin 7-də başa çatacaq. Yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları g...
Türkiyə millisiylə birgə Bursada toplanış
Digər İdman Növləri

Türkiyə millisiylə birgə Bursada toplanış

Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır. Futbolpress.az xəbər verir ki, milli sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib. Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək “Çempionlar” turnirind...
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
Digər İdman Növləri

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı

Tofiq Musayev UFC-də ikinci döyüşünü keçirib. Futbolpress.az xəbər verir ki, o, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb. Üç raundun yekununda hakimlərin qərarı ilə qalib elan edilən Tofiq UFC-də ilk qələbəsini qazanıb. Tofiq UFC-də ilk döyüşündə Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. Xatırladaq ki, Musayev ötən ilin aprelində UFC ilə 4 döyüşlük müqavilə imzalayıb. source
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı
Digər İdman Növləri

Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb. Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub. source