“Liverpul”la “Barselona”dan qələbə, “Qalatasaray”dan heç-heçə
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçirilib.
“Qalatasaray” İstanbulda “Atletiko”nu sınağa çəkib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Çelsi” “Pafos”a, “Bayern” “Yunion”a, “Yuventus” “Benfika”ya qalib gəlib. “Qarabağ”ın son – 8-ci turdakı rəqibi “Liverpul” isə Marsel “Olimpik”inin qonağı olub və böyükhesablı qələbə qazanıb – 3:0.
UEFA Çempionlar LiqasıLiqa mərhələsi, 7-ci tur21 yanvar
Qarabağ (Azərbaycan) – Ayntraxt (Frankfurt, Almaniya) 3:2Qollar: Kamilo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 – Can Uzun, 10. Fares Şaibi, 78-pen.
Qalatasaray (Türkiyə) – A...










