
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo meydana qayıtmaq niyyətində deyil. Dünən 41 yaşını qeyd edən portuqaliyalı futbolçu komandanın oyunlarını boykot etməyə davam edir.
Komanda.az “Al Nassr Zone”-yə istinadən xəbər verir ki, Ronaldo klub rəhbərliyinə “səmərəsiz idarəetmə” ilə bağlı vəziyyət həll olunmayana qədər çempionat matçlarında iştirak etməyəcəyini bildirib.
Daha əvvəl müxtəlif mənbələr Kriştiano Ronaldonun yay transfer pəncərəsində “Əl-Nəsr”dən ayrılma ehtimalı barədə məlumatlar yayıb.
Bildirilir ki, onun karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməsi variantı müzakirə olunur. Həmçinin, portuqaliyalı oyunçuya MLS klublarından da maraq var.
