ASF rəsmiləri Sinqapura gedib
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev və baş katibi Oqtay Atayev Sinqapurda keçirilmiş Beynəlxalq Su İdman Növləri Federasiyasının (World Aquatics) konqresində iştirak ediblər.
Futbolpress.az xəbər verir ki, Tədbir çərçivəsində müxtəlif çıxışlar, müzakirələr, görüşlər və WA bürosuna seçkilər baş tutub. ASF rəhbərliyi üçün konqres həm də beynəlxalq əlaqələrin genişləndirilməsi, tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcək əməkdaşlıqlar baxımından önəm daşıyır.
Zaur Əliyev WA prezidenti Hüseyn Əl-Müsəlləm, vitse-prezidenti və Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva, EA vitse-prezidentləri Yosip Varvodiç və Erkan Yalçın, Asiya Olimpiya Şurasının Mərkəzi Asiya üzrə vitse-prezidenti Otabek Umarov, eləcə də Bel...








