Digər İdman Növləri

Qazaxıstan və Özkəbistan klubları Bakıya gələcək
Digər İdman Növləri

Qazaxıstan və Özkəbistan klubları Bakıya gələcək

Avqustun 30-dan sentyabrın 3-dək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək. Futbolpress.az xəbər verir ki, “AHF Arena”da başlanacaq ənənəvi yarışda kişilərdən ibarət 6 komanda iştirak edəcək. OKMK (Özbəkistan), “Kür” (Azərbaycan) və “Astana” (Qazaxıstan) A qrupunda, Qazaxıstan millisi, “Bakı” (Azərbaycan) və “Qarabağ” (Azərbaycan) B qrupunda mübarizə aparacaq. Qrup oyunlarından sonra ilk iki yeri tutan kollektivlər yarımfinal görüşlərində üz-üzə gələcəklər. Bu mərhələni adlayan komandalar isə finalda baş mükafatın sahibini müəyyənləşdirəcəklər. source
“Sabah” milli üzvünü transfer etdi
Digər İdman Növləri

“Sabah” milli üzvünü transfer etdi

“Sabah” basketbol klubu sıralarını yeniyetmə və perspektivli yerli basketbolçularla gücləndirməkdə davam edir. Futbolpress.az xəbər verir ki, 2 metr boya malik 2008 təvəllüdlü Hüseyn Məmmədovla 2+1 illik müqavilə imzalanıb. Hüseyn Məmmədov 18 yaşadək basketbolçulardan ibarət milli komandamızın üzvüdür. source
Azərbaycanda “Snuker” üzrə ölkə çempionatı keçiriləcək
Digər İdman Növləri

Azərbaycanda “Snuker” üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Snuker” biliyard idman növü üzrə ölkə çempionatı keçiriləcək. Futbolpress.az xəbər verir ki, turnir 6-8 sentyabr tarixlərində paytaxtın tanınmış “Məkan Bilyard Akademiyasın”-da baş tutacaq. Bu mötəbər yarışın əsas məqsədi snuker idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır. Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar. İlk dəfə keçiriləcək bu çempionat təkcə idmançılar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı və unudulmaz anlar yaşadacaq. Snuker oyununun dəqiqlik, səbr v...
Çimayev orta çəkidə UFC çempionu oldu
Digər İdman Növləri

Çimayev orta çəkidə UFC çempionu oldu

UFC319-un əsas görüşü baş tutub. Futbolpress.az xəbər verir ki, Çeçenistan əsilli və hazırda BƏƏ-ni təmsil edən Həmzət Çimayev UFC turnirinin orta çəki dərəcəsində titul döyüşündə cənubi afrikalı Drikus du Plessislə qarşılaşıb. Döyüş Çimayevin 50:44 hesablı qələbəsiylə başa çatıb. source
Azərbaycan yığmaları Avstriya və İspaniyaya yollandı
Digər İdman Növləri

Azərbaycan yığmaları Avstriya və İspaniyaya yollandı

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər. Futbolpress.az xəbər verir ki, U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək. Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq. source
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb
Digər İdman Növləri

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair BİRGƏ BƏYANNAMƏ Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam et...
“Sabah” amerikalı ilə gücləndi
Digər İdman Növləri

“Sabah” amerikalı ilə gücləndi

“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib. Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, David Nikolsla 2 illik müqavilə imzalanıb. 30 yaşlı oyunçu 183 sm boya malikdir. Karyerasına ABŞ-nin nüfuzlu universitet komandalarında başlayan oyunqurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında forma geyinib. Qeyd edək ki, 2024-cü ilin yayında “Alba Fehervar”la müqavilə imzalayan D.Nikols son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib. source
Azərbaycan güləşçilərindən 4 medal
Digər İdman Növləri

Azərbaycan güləşçilərindən 4 medal

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başa vurub. Futbolpress.az xəbər verir ki, son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb. Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub. Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici gö...
Azərbaycanlı atletdən Avropa birinciliyində 2 medal
Digər İdman Növləri

Azərbaycanlı atletdən Avropa birinciliyində 2 medal

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb. Futbolpress.az xəbər verir ki, son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə ilə ikinci olub. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkininin öhdəsindən gəlib. İki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet yenidən gümüş medal qazanıb. Qeyd edək ki, bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov toplamda 218 kq (102+116) nəticə ilə Avropa birinciliyini 6-cı pillədə başa vurub. source