Digər İdman Növləri

Azərbaycan güləşçisi dünya çempionu oldu
Digər İdman Növləri

Azərbaycan güləşçisi dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir. Futbolpress.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub. Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib. Bununla da yunan-Roma güləşçilərimizin mundi...
Bölgə klubu 4 yoxlama oyunu keçirəcək
Digər İdman Növləri

Bölgə klubu 4 yoxlama oyunu keçirəcək

“Quba” basketbol klubu dörd yoxlama oyunu keçirəcək. Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda artıq yeni mövsümün hazırlıqlarına başlayıb. “Quba” Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gündə bir dəfə olmaqla məşqə çıxır. Yeni transferlər də artıq kollektivə qoşulub. Qeyd edək ki, “Quba” Azərbaycan Basketbol Liqasında bu mövsüm ilk görüşünü oktyabrın 2-də səfərdə “Sərhədçi”yə qarşı keçirəcək. source
Türkiyə yığması finalda
Digər İdman Növləri

Türkiyə yığması finalda

Basketbol üzrə Avropa çempionatında yarımfinal oyunları keçirilib. Futbolpress.az xəbər verir ki, Türkiyə yığması final yolunda Yunanıstanla qarşılaşıb. Matçdan 94:68 xalla qalib ayrılan “ay-ulduzlular” finala yüksəlib. Türklərin kubok uğrundakı son matçında rəqibi Almaniya yığması olacaq. Görüş 14 sentyabrda keçiriləcək. source
“Şəki”dən transfer
Digər İdman Növləri

“Şəki”dən transfer

“Şəki” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Malek Deyvisi heyətinə qatıb. Amerikalı basketbolçu ötən mövsümün ikinci dövrəsini “Gəncə”də keçirib. O, daha əvvəl Çin və Litvada oynayıb. source
Azərbaycan karateçisindən gümüş medal
Digər İdman Növləri

Azərbaycan karateçisindən gümüş medal

İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib. Futbolpress.az xəbər verir ki, təcrübəli karateçimiz yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub. Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. source
“Ordu”da yeni təyinatlar
Digər İdman Növləri

“Ordu”da yeni təyinatlar

“Ordu” basketbol komandasının məşqçi heyətinə yeni adlar qoşulub. Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidməti Emin Cəfərov və Hüseyn Paşayevin köməkçi məşqçi vəzifəsinə təyinat aldıqlarını açıqlayıb. Xatırladaq ki, komanda daha əvvəl Polad Həsənovu baş məşqçi postuna gətirmişdi. Hazırda serbiyalı mütəxəssis Milan Kotaraç da köməkçi məşqçilər sırasında yer alır. source
Azərbaycan velosipedçisi Türkiyədə keçirilən turnurun qalibi oldu
Digər İdman Növləri

Azərbaycan velosipedçisi Türkiyədə keçirilən turnurun qalibi oldu

Türkiyənin paytaxtı Ankarada keçirilən “GranFondo” Başkənt velosiped yarışında Azərbaycan təmsilçisi Natalya Vallek birinci yeri tutub. Futbolpress.az xəbər verir ki, bu nəticə ilə o, ölkə velosiped tarixinə ilk dəfə beynəlxalq “GranFondo” yarışında qızıl medal qazanan idmançı kimi düşüb. Vallek 91 km məsafəni qət edərək, 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan finişə hamıdan əvvəl çatıb. O, həm ümumi təsnifatda, həm də öz yaş kateqoriyasında 1-ci yeri əldə edib. Digər idmançılarımızdan Qolamreza Jamfarsadi (+55 yaş kateqoriyası) 6-cı, Vüqar Salahov (40–44 yaş kateqoriyası) isə 12-ci olub. Qeyd edək ki, yarışda 1000-ə yaxın velosipedçi mübarizə aparıb. Azərbaycanı isə məşqçi Musa Mikayılzadənin rəhbərliyi altında 3 idmançı təmsil edib. source...
Azərbaycan idmançısı Türkiyədə 9-cu oldu
Digər İdman Növləri

Azərbaycan idmançısı Türkiyədə 9-cu oldu

27-30 avqust tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən yeniyetmə idmançımız Arina Kalugina Türkiyənin Ankara şəhərində keçirilən ISU Yeniyetmələr arasında Gran-pri yarışında iştirak edib. Futbolpress.az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 35 idmançı arasında 157.65 xal toplayaraq yekun nəticədə 9-cu yerə sahib olub. source
Azərbaycan millisi ilk qələbəsini qazandı
Digər İdman Növləri

Azərbaycan millisi ilk qələbəsini qazandı

Qızlardan ibarət U-16 millimiz Avropa Çempionatı B divizionunda ilk qələbəsini 17-19-cu yerlər uğrunda oyunda qazanıb. Futbolpress.az xəbər verir ki, milli İrlandiyaya qalib gəlib – 64:62. Millimizin növbəti sonuncu oyunu 28 avqust Bakı vaxtı ilə saat 11:30-da Şimali Makedoniyaya qarşı olacaq source