Digər İdman Növləri

“Azərbaycandan gələn təklif məni sevindirdi”
Digər İdman Növləri

“Azərbaycandan gələn təklif məni sevindirdi”

“Sumqayıt” basketbol klubunun oyun qurucusu Keon Klerqot klubun mətbuat xidmətinə müsahibə verib. Futbolpress.az xəbər verir ki, o, əvvəlcə ölkəmizdən gələn təklif və buradakı şəraitdən danışıb: “Azərbaycandan gələn təklif məni sevindirdi. Bura gəldikdən sonra doğru qərar verdiyimi anladım. Ölkənizi çox xoşlayıram. Yeməkləriniz ümumiyyətlə əladır”. Amerikalı basketbolçu Sumqayıtla Bakı arasında müqayisə də aparıb: “Sumqayıt dənizkənarı şəhərdir. Mən sahildə gəzməyi çox sevirəm. Bakıda da olmuşam, bu şəhər də çox xoşuma gəlib. Mən deyərdim ki, Bakı Sumqayıtdan daha qəşəngdir. Paytaxtınızı Orlando şəhərinə daha çox bənzədirəm”. Klerqot komandadakı ab-havadan və ilk iki oyundakı məğlubiyyətdən də danışıb: “Komandadakı şərait də ürəyimcədir. Baş məşqçi də mənə köməklik göstərir. Kollektiv daxi...
Azərbaycan yığması gümüş medal qazandı
Digər İdman Növləri

Azərbaycan yığması gümüş medal qazandı

Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arasında Avropa çempionatında son turun partiyaları oynanılıb. Futbolpress.az xəbər verir ki, 9-cu turda qitə birinciliyinin liderlərindən olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi çempionatda ilk dəfə məğlubiyyət acısı yaşayıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət milli Serbiyaya məğlub olub 1-3. Hesabat turunda Ukrayna komandası İngiltərəni üstələyib 2.5-1.5. Yekunda hesabında 15 xalı olan Ukrayna komandası Avropa çempionatının qalibi olub. 13 xal toplayan Azərbaycan komandası yarışı ikinci pillədə başa vurmaqla gümüş medala layiq görülüb. Serbiya şahmatçıları bürünc medalla kifayətlənib. Qadınlardan ibarət Azərbaycan komandası isə sonuncu görüşdə Polşa...
Rəcəbzadə son döyüşü uduzdu, karyerasını bitirdi
Digər İdman Növləri

Rəcəbzadə son döyüşü uduzdu, karyerasını bitirdi

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory” döyüş gecəsi çərçivəsində növbəti qarşılaşmasına çıxıb. Futbolpress.az xəbər verir ki, mərakeşli Tarik Xbabezlə qarşılaşıb. Görüş Xbabezin qələbəsiylə başa çatıb. Məğlub olan Bəhram karyerasını bitirdiyini açıqlayıb. O, indiyədək 72 qələbə, 5 məğlubiyyət və 64 nokautluq göstəriciyə sahib idi. source
Milli Avropa çempionatında 5 medal qazandı
Digər İdman Növləri

Milli Avropa çempionatında 5 medal qazandı

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb. Futbolpress.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib. Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib. Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar. Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bür...
Azərbaycan yığması 4-cü oldu
Digər İdman Növləri

Azərbaycan yığması 4-cü oldu

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında dördüncü olub. Futbolpress.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda yığma sonuncu oyununda Belarusa 1:3 hesabı ilə uduzub. 3 xal toplayan milli yarışı 4-cü bitirib. Çempion isə Rusiya yığması olub. source
Azərbaycan idmançısı olimpiya rekordunu yenilədi
Digər İdman Növləri

Azərbaycan idmançısı olimpiya rekordunu yenilədi

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən idmançımız Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən “Denis Ten Memorial Challenger” seriya yarışında çıxışı zamanı +2.91 ball toplayaraq “Dördlü Salxov” üzrə son olimpiya rekordunu yeniləyib. Futbolpress.az xəbər verir ki, təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu perfonması ilə sonuncu dəfə rekorda imza atan Yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub. Seriya yarışında Arina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala sahib olub. source
III MDB Oyunları: Azərbaycan idmançıları finalda
Digər İdman Növləri

III MDB Oyunları: Azərbaycan idmançıları finalda

III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlara start verilib. Futbolpress.az xəbər verir ki, 1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilir. Yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər. Bu mötəbər turnirdə 7 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarusdan 43 gimnast mübarizə aparır. Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər. Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Tür...
III MDB Oyunlarının  açılış mərasimi keçirildi
Digər İdman Növləri

III MDB Oyunlarının açılış mərasimi keçirildi

Gəncə şəhər stadionunda III MDB Oyunlarının təntənəli açılış mərasimi baş tutub. Futbolpress.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və minlərlə tamaşaçı iştirak edib. Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı ölkələrin idmançıları tamaşaçıların alqış sədaları altında stadionu dövrə vurublar. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. Açılış möhtəşəm bədii proqramla davam etdirilib. Qeyd edək ki, oyunlarda 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə iştirak edir. Azərbaycanı 340, Rusiya 262, Özbəkistan 254, Belarus 240, Qazaxıstan 147, Tacikistan 144, Qırğızıstan 126, Türkmənistan 48, Türkiyə 38, Kuba 11, Küv...
9 aya 43 medal
Digər İdman Növləri

9 aya 43 medal

Azərbaycan paralimpiyaçıları 9 ay ərzində beynəlxalq yarışlarda 43 medal qazanıblar. Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Medallardan 13-ü qızıl, 11-i gümüş, 19-u bürünc əyarlıdır. source
Əsgərov: “Pis komanda təsiri bağışlamırıq”
Digər İdman Növləri

Əsgərov: “Pis komanda təsiri bağışlamırıq”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə müsahibə verib. Futbolpress.az həmin müsahibəni təqdim edir… – Yeni mövsümün təlim-məşq toplanışı necə gedir? Hazırki durum necədir?– Sentybarın 10-dan məşqlərə start vermişik. Komanda demək olar ki, tam komplektləşib. Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib “Sərhədçi”dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu vaxt ərzində bəzi məsələləri ümumiləşdirib, komandya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın 25-26-dan...