Digər İdman Növləri

Azərbaycan yığması Monteneqroya uduzdu
Digər İdman Növləri

Azərbaycan yığması Monteneqroya uduzdu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. Futbolpress.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv E qrupunda Monteneqronu qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş Monteneqronun qələbəsi ilə yekunlaşıb – 104:62. Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olmuşdu. source
“Məğlubiyyətdən dərs çıxarıb gələcəyə baxmalıyıq”
Digər İdman Növləri

“Məğlubiyyətdən dərs çıxarıb gələcəyə baxmalıyıq”

“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasında “Elan Şalon”a uduzduqları oyunu şərh edib. Futbolpress.az xəbər verir ki, mütəxəssis 87:89 hesabıyla bitən matçla bağlı bunları deyib: “Oyuna yaxşı başladıq. Uzun müddət hesabda irəlidə idik. 3-cü periodda böyük xallıq fərqlə üstünlüyümüz oldu. Amma son dəqiqələrdə rəqibin rotasiyalarının bizimlə müqayisədə geniş olması sözünü dedi. Rəqiblə müqayisədə bizim top itkilərimiz 2 dəfə çox idi. Bu da məğlubiyyətdə həlledici rol oynadı. Buna baxmayaraq oyunçularıma iradım yoxdur. Sonadək əzmlə mübarizə apardılar. Bu cür komandalara qarşı məğlubiyyətdən dərs çıxarıb gələcəyə baxmalıyıq”. source
İslamiada: milli yarımfinalda uduzdu
Digər İdman Növləri

İslamiada: milli yarımfinalda uduzdu

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub. Futbolpress.az xəbər verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib. Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cüt rəqibinə 5:8 hesabı ilə uduzub. Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. source
Əsgərov: “Günahımız ondadır ki…”
Digər İdman Növləri

Əsgərov: “Günahımız ondadır ki…”

“Quba” basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov “Sərhədçi” ilə oyundan sonra fikirlərini bölüşüb. Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:86 hesabıyla uduzduqları matçı belə şərh edib: “Oyunu gördünüz də, nə demək olar? Komanda oynadı, bütün bacarığını ortaya qoydu. Günahımız ondadır ki, komandanın oyunu budur. 15-20 xal önə çıxıb, üstünlüyü saxlamamaq zəiflikdir. Sonda səhvlər ardıcıl gəldi. Onda da oyun əldən çıxdı. Oyuna normal başlamışdıq, normal oynayırdıq. Davamını gətirə bilmədik. Səhvlərimiz çox oldu. Komandamızın səviyyəsi budur, bundan artığına gücümüz çatmır. Çox zəif oynadıq, xüsusilə sonuncu periodda. Oyunu dominant oynayıb, sonda uduzmaq… Nə bilim, yorğunluq əlamətidir, ya nədir.. Heç nə deyə bilmirəm olduqca ağırdır”. source...
Azərbaycan idmançılarından üçüncü medal
Digər İdman Növləri

Azərbaycan idmançılarından üçüncü medal

Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb. Futbolpress.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar. Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər. Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli (M2, +100 kq) bürünc medal əldə etmişdi. source
İslamiada: Azərbaycan millisinin heyəti açıqlandı
Digər İdman Növləri

İslamiada: Azərbaycan millisinin heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Futbolpress.az xəbər verir ki, heyətdə 12 oyunçu yer alıb: Baş məşqçi: Faiq Qarayev. Məşqçilər: Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov. Oyunçular: Ayşə Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova. Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də olacaq. source
Azərbaycan yığması Aktauda birinci oldu
Digər İdman Növləri

Azərbaycan yığması Aktauda birinci oldu

Boccia idman növü üzrə Azərbaycan paralimpiyaçıları 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub. Futbolpress.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib. Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər. Beləliklə, paralimpiyaçılarımız turniri ko...
Ali dünya üçüncüsü oldu
Digər İdman Növləri

Ali dünya üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub. Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb. Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib. Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb. Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Y...
Azərbaycanın 5 boksçusu finalda
Digər İdman Növləri

Azərbaycanın 5 boksçusu finalda

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb. Futbolpress.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb. Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək. Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq. Mehr...
Azərbaycanlı mütəxəssis “Olimpiakos”un oyununda
Digər İdman Növləri

Azərbaycanlı mütəxəssis “Olimpiakos”un oyununda

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib. Futbolpress.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “Asteris Avo Beveren” (Belçika) oyununda iştirak edəcək. N.İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək. Qeyd edək ki, qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq. source