Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan U-20 dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb.
Futbolpress.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov təsəlliverici matçda Finlandiya təmsilçisi Matias Arpiaynenə heç bir şans verməyib – 8:0.
Millimizin üzvü bürünc medal uğrunda həlledici qarşılaşmada Ekvador idmançısı Klizman Velisə gərgin mübarizədə (2:1) üstün gələrək 3-cü yeri tutub.
77 kq-da çıxış edən Cavidan Nehmətov isə çempionluq görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə görə rəqib qalib elan olunub və təmsilçimiz turnirin gümüş mükafatına yiyələnib.
