“Sabah”ın U-19 komandası İngiltərə ilk oyununa çıxacaq

Bu gün “Sabah” klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.

Futbolpress.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.

Mançester şəhərində baş tutacaq görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

“Sabah” əsas raundda 6 oyun keçirəcək.

Növbəti turlarda rəqiblər ardıcıl qaydada “Slaviya” (Çexiya), “Borussiya” Dortmund (Almaniya), “Vikinq” (Norveç), “Barselona” və “Vilyarreal” (hər ikisi İspaniya) olacaq.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir