Azərbaycan Futbolu

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad edib
Azərbaycan Futbolu

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Fəxri Xiyabanı ziyarət edib. Futbolpress.az xəbər verir ki, komanda üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi hörmət və ehtiramla anılıb. source
“Sabah” Simiçlə müqavilə imzaladı
Azərbaycan Futbolu

“Sabah” Simiçlə müqavilə imzaladı

“Sabah” Velko Simiçlə müqavilə bağlayıb. Futbolpress.az xəbər verir ki, serbiyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir. Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib. Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulmuşdu. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb. “Sabah”ın Simiçi transfer etmək istədiyini martdan yazmışdıq. source
“Şamaxı”da daha bir ayrılıq
Azərbaycan Futbolu

“Şamaxı”da daha bir ayrılıq

“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb. Futbolpress.az xəbər verir ki, “şirlər” Bilal İsmayılovla vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb. “Şamaxı” daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Nihat Mehralıyev ilə vidalaşıb. source
Azərbaycan millisi 1/4 finalda
Azərbaycan Futbolu

Azərbaycan millisi 1/4 finalda

Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında 1/4 finala yüksəlib. Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/8 finalda Qazaxıstanla qarşılaşıb. 3:2 hesabıyla qələbə qazanan milli adını növbəti mərhələyə yazdırıb. Yığmanın qollarını Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurub. source
“Tanqoçular”da Messi sıxıntısı
Azərbaycan Futbolu

“Tanqoçular”da Messi sıxıntısı

Argentina millisi yoxlama oyunu keçirəcək. Futbolpress.az xəbər verir ki, “tanqoçular” iyunun 7-də Hondurasla qarşılaşacaq. Yığmanın kapitanı Lionel Messi bu görüşdə iştirak etməyəcək. O, zədə səbəbindən oyunu buraxacaq. Argentina millisi dünya çempionatında Əlcəzair, Avstriya və İordaniya ilə bir qrupda mübarizə aparacaq. Kanada, Meksika və ABŞ-nin ev sahibliyi edəcəyi mundiala iyunun 11-də start veriləcək. source
“Zirə”dən ayrılan futbolçu “Qəbələ”nin “radar”ında
Azərbaycan Futbolu

“Zirə”dən ayrılan futbolçu “Qəbələ”nin “radar”ında

“Zirə”dən ayrılan Ceyhun Nuriyev karyerasını “Qəbələ”də davam etdirə bilər. Futbolpress.az-ın məlumatına görə, bölgə təmsilçisi artıq oyunçuya ilk təklifini edib. “Sumqayıt”ın da diqqət mərkəzində olan yarımmüdafiəçi qərar verməyə tələsmir. Nuriyev 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, daha əvvəl 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. 25 yaşlı futbolçu Azərbaycan millisində 13 oyuna çıxıb. Şahin Cəfərov source
“Qəbələ”də üç ayrılıq
Azərbaycan Futbolu

“Qəbələ”də üç ayrılıq

“Qəbələ” üç futbolçusu ilə vidalaşıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb. Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müqaviləsi bitib. source
“Titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir” – “Sabah”ın məşqçisi
Azərbaycan Futbolu

“Titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir” – “Sabah”ın məşqçisi

“Sabah”ın əvəzedici komandası liqada çempion olub. “Bayquşlar” ardıcıl ikinci dəfə qızıl medala yiyələnib. Komandanın baş məşqçisi Adino Mustedanaqiç “Futbolpress.az“a açıqlamasında çempionluğu dəyərləndirdi: “Titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir. Düzdür, ötən mövsüm əsas komandadan bəzi oyunçulardan istifadə etmişdik, lakin bu dəfə futbolçu öz gücləri hesablarına bunu bacardılar. Komandamla qürur duyuram”. Adino Əvəzedicilər Liqasında mövsümün daha rəqabətli keçdiyini və komandaların inkişafda olduğunu bildirdi: “Bu mövsüm daha maraqlı alındı. Əvvəl çempionluğa 1-2 komanda namizəd idisə, bu dəfə daha çox kollektiv bu yarışda iştirak etdi. Son tura qədər gərgin mübarizənin şahidi olduq. Məncə, bu mövsüm daha maraqlı və rəqabətli alındı”. Xorvatiyalı mütəxəssis komandadakı ...
Minifutbol: AÇ-də pley-off cütləri
Azərbaycan Futbolu

Minifutbol: AÇ-də pley-off cütləri

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Futbolpress.az xəbər verir ki, üçüncü turun oyunlarından sonra pley-off cütləri məlum olub. Azərbaycan bu raundda Qazaxıstanla üz-üzə gələcək. Pley-off cütləri Bosniya və Herseqovina – Macarıstan Bolqarıstan – Fransa Polşa – Gürcüstan Ukrayna – Portuqaliya Rumıniya – Avstriya Yunanıstan – Serbiya Çexiya – Monteneqro Azərbaycan – Qazaxıstan. source
“Zirə” beş futbolçu ilə vidalaşdı
Azərbaycan Futbolu

“Zirə” beş futbolçu ilə vidalaşdı

“Zirə” 5 futbolçu ilə yollarını ayırıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels klub arasında imzalanmış müqavilə başa çatıb. Həmçinin, Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş Rüfət Abdullazadəylə də icarə müqaviləsi bitib. source