Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında 1/4 finala yüksəlib.
Futbolpress.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/8 finalda Qazaxıstanla qarşılaşıb. 3:2 hesabıyla qələbə qazanan milli adını növbəti mərhələyə yazdırıb.
Yığmanın qollarını Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurub.
