“Qəbələ” üç futbolçusu ilə vidalaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.
Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müqaviləsi bitib.
