Digər İdman Növləri

Milli komandaların Gəncə hazırlığı yekunlaşdı
Digər İdman Növləri

Milli komandaların Gəncə hazırlığı yekunlaşdı

Kişi basketbolçulardan ibarət Azərbaycanın əsas, U20 və U18 millilərinin Gəncə təlim-məşq toplanışı başa çatıb. Futbolpress.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev hazırlığı dəyələndirib: “Gəncə toplanışı məhsuldar keçdi. Qarşıda bizi Belarusla iki yoldaşlıq oyunu gözləyir. Son rəsmi oyunlarda qələbə qazanmaq üçün gücümüz də, inamımız da var.” Əsas yığma Avropa çempionatı 2029-un ilkin seçmə mərhələsinin son oyunlarına, U20 və U18 milliləri isə Avropa çempionatlarına hazırlığını davam etdirir. Hazırlığın növbəti mərhələsi Bakıda keçiriləcək. source
Milli komanda üzvləri yeni qaydalarla tanış oldu
Digər İdman Növləri

Milli komanda üzvləri yeni qaydalarla tanış oldu

Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komanda üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Futbolpress.az xəbər verir ki, seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idmanın dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub. Tədbir 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də...
Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazandı
Digər İdman Növləri

Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazandı

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub. Futbolpress.az xəbər verir ki, Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə qızıı medal qazanıb. Sabah daha 5 qadın cüdoçu mübarizəyə qoşulacaq. source
AGF-də iclas
Digər İdman Növləri

AGF-də iclas

Azərbaycan Güləş Federasiyasında (AGF) Tibb şöbəsinin növbəti iclası keçirilib. Futbolpress.az xəbər verir ki, tədbirdə federasiyanın baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Azərbaycan İdman Akademiyasının İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Rauf Əliyev və federasiyanın tibbi personalı iştirak edib. İclas zamanı idmançıların sağlamlığının qorunması və tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində bir sıra vacib məsələlər müzakirə olunub. Gündəlikdə vitaminizasiya prosesinin təşkili, vitaminlərin tətbiqinin protokollaşdırılması və bu istiqamətdə iş bölgüsünün müəyyənləşdirilməsi əsas mövzular sırasında yer alıb. Bununla yanaşı, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək fizioterapiya mərkəzinin hazır vəziyyətə...
Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq
Digər İdman Növləri

Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək. Futbolpress.az xəbər verir ki, yığma bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək. Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək. Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını iyunun 6–7-də İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq. source
Batumidə 5 medal
Digər İdman Növləri

Batumidə 5 medal

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub. source
Nazir Kroquletsi qəbul etdi
Digər İdman Növləri

Nazir Kroquletsi qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletsi qəbul edib. Futbolpress.az xəbər verir ki, görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, komitənin milli direktoru Rövşən Məmmədov və müşaviri Murad Həşimov da iştirak ediblər. source...
Sadıqova “qızıl” qazandı, tarixə düşdü
Digər İdman Növləri

Sadıqova “qızıl” qazandı, tarixə düşdü

Almaniyanın Frankfurt şəhərində karate üzrə böyüklər arasında Avropa çempionatı keçirilir. Futbolpress.az xəbər verir ki, Azərbaycan karateçisi Mədinə Sadıqova qadınların -55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub. Bununla da o, Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb. source
Azərbaycan güləşçisi AÇ-nin finalında
Digər İdman Növləri

Azərbaycan güləşçisi AÇ-nin finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir. Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşində 3, qadın güləşində isə 5 çəkidə finalçılar müəyyənləşib. Yunan-Roma güləşi İbrahim Məmmədzadə (68 kq) yunanıstanlı Angelis Perdikarisi (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Rustam Nexayla bacarmayıb – 0:10. Süleyman Verdiyev (75 kq) ermənistanlı Arman Ginosyanı (4:1) məğlub etsə də, 1/4 finalda rusiyalı Ammar Mendoxova 2:10 hesabıyla uduzub. Fikrət Baxşəliyev (85 kq) 1/8 finalda türkiyəli Kerem Uzunla görüşdən məyus ayrılıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Fikrət təsəlliverici görüşə çıxacaq. Qadın güləşi Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə sıxaraq “tuş”la qələbə ...