İyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək. Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Elvin Mürsəliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Roman Kərimov (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Mahir Qurbanlı (97 kq) və Museyi-Kazim Hüseyn (130 kq) Skopye arenasında mübarizə aparacaq.
Daha sonra qadın güləşi üzrə qarşılaşmalar baş tutacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Nəzrin Əhmədli (50 kq), Esra Məmmədli (53 kq), Qaratel Qu...