III MDB Oyunları: Azərbaycan idmançıları finalda
III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlara start verilib.
Futbolpress.az xəbər verir ki, 1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilir. Yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər.
Bu mötəbər turnirdə 7 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarusdan 43 gimnast mübarizə aparır.
Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Tür...










