Digər İdman Növləri

Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı
Digər İdman Növləri

Azərbaycan boksçuları Macarıstanda 4 medal qazandı

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb. Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub. source
Milli komandalar üçün fərqli məkanlar
Digər İdman Növləri

Milli komandalar üçün fərqli məkanlar

Güləş üzrə Azərbaycan milli komandaları qarşıdan gələn mühüm yarışlara hazırlıqları davam etdirir. Futbolpress.az xəbər verir ki, qadın güləşi üzrə yığmamız Göygöldə təlim-məşq toplanışı keçir. Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir. Sərbəst güləş üzrə U20 millimiz də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb. Yunan-Roma güləşi üzrə U17 millimiz martın 15-dən Qazaxıstanın Almatı şəhərində Öz...
Əsgərov türklərlə yunanların duelində
Digər İdman Növləri

Əsgərov türklərlə yunanların duelində

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb. Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” – PAOK görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq. Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək. Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. source
İki parataekvondoçuya fəxri ad verildi
Digər İdman Növləri

İki parataekvondoçuya fəxri ad verildi

Martın 17-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib. Futbolpress.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Nazirliyin Kollegiya qərarına əsasən, parataekvondoçular İmaməddin Xəlilov və Sabir Zeynalova “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib. Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur. Sabir Zeynalov isə Paris-2024 Yay Paralimpiya Oyunlarının, eləcə də dünya və Avropa çempionatlarının bürünc mükafatçısıdır. source
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar bilindi
Digər İdman Növləri

Azərbaycan çempionatında son 7 çəkidə finalçılar bilindi

Sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı sona yaxınlaşır. Futbolpress.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə isə 48, 52, 57, 62, 68, 75 və 85 kq-da finalçılar müəyyənləşib. 48 kq Pünhan Şahmarov (ROİL) – Əhliman Balakişizadə (Sumqayıt) 52 kq Rəsul Əhmədli (Sumqayıt) – Şahvələd Quliyev (Zaqatala) 57 kq Sadiq Vəlizadə (Neftçi) – Cəsur Cavadzadə (UGİM-2) 62 kq Raul Məmmədzadə (ROİL, “Neftçi”) – İsmayıl Mamedov (Balakən) 68 kq İbrahim Məmmədzadə (Göyçay) – Tunar Misirxanov (AHİTA) 75 kq Süleyman Verdiyev (Gimnaziya) – Əkrəm Rzayev (MOİK) 85 kq Elvin Necəfzadə (Neftçi) – Paşa Aslan (Neftçi) source
Millidən uğursuz start
Digər İdman Növləri

Millidən uğursuz start

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, milli Kanada ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb – 16:10. Milli bu gün ikinci oyununu da keçirəcək. Yığma Taylandla üz-üzə gələcək. Görüşə saat 16:05-də start veriləcək. source
Tanınmış güləşçilər Xırdalanda məktəblilərlə görüşdü
Digər İdman Növləri

Tanınmış güləşçilər Xırdalanda məktəblilərlə görüşdü

Tanınmış güləşçilərimiz Xırdalanda məktəblilərlə görüşüb. Futbolpress.az xəbər verir ki, 11 saylı tam orta məktəbdə qonaq olan yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionatının mükafatçısı Rasul Çunayev və qadın güləşi üzrə U15 yığma komandanın məşqçisi, U23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova yeniyetmə və gənclərə qazandıqları uğurlar, bu nailiyyətlərə gedən yolda üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşərək, onlara öz tövsiyələrini çatdırıblar. Onlar daha sonra müxtəlif fəndlərin icrasını nümayiş etdirib və xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah edib. Qeyd edək ki, belə görüşlərin və ustad dərslərinin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda böyüməsinə dəstək vermək, motivasiyanı artırmaq, güləşlə bağlı maariflənd...
Azərbaycan cüdoçusu Avstriyada birinci oldu
Digər İdman Növləri

Azərbaycan cüdoçusu Avstriyada birinci oldu

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən qran-prinin qalibi olub. Futbolpress.az xəbər verir ki, milli üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib. Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar. source
Yeni üzgüçülük rekordu
Digər İdman Növləri

Yeni üzgüçülük rekordu

Quba sakini Cəmil Əliyevin müraciəti əsasında təşkil olunmuş xüsusi testdə o, müvafiq qaydalara uyğun şəkildə 10 saat fasiləsiz üzərək, ölkədə yeni statistik rekord müəyyənləşdirib. Futbolpress.az xəbər verir ki, rekord Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib və İdman Günü ərəfəsində Cəmil Əliyevə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunub. source
Cüdoçulara təbrik
Digər İdman Növləri

Cüdoçulara təbrik

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib. Futbolpress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb. “Böyük Dəbilqə”də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub. source