Blog

“Karvan” futbolçusu ilə davam qərarı aldı
Azərbaycan Futbolu

“Karvan” futbolçusu ilə davam qərarı aldı

“Karvan” futbolçusu ilə müqaviləni uzadıb. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə imzalayıb. 28 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub. source
“Qarabağ” üçün eyni cüt
Azərbaycan Futbolu

“Qarabağ” üçün eyni cüt

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” səddini aşa bilməzsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu burda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə qarşılacaq. “Qarabağ” ÇL-də mərhələ adlasa, pley-offdakı rəqibi də məhz bu cütün qalibi olacaq. source
Tanınmış futbolçu MLS klubuna keçməyə hazırlaşır
Dünya Futbolu

Tanınmış futbolçu MLS klubuna keçməyə hazırlaşır

Cənubi koreyalı hücumçu Son Hın Min MLS-in “Los Anceles” klubuna keçməyə yaxındır. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər şifahi razılığa gəliblər və yaxın vaxtlarda futbolçu ilə müqavilə imzalanacaq. Forvard Asiya turundan sonra “Tottenhem”in düşərgəsinə gəlməyib və hazırda transferi rəsmiləşdirmək üçün Amerika klubundan rəsmi sənədləri gözləyir.Son Hın Min 2015-ci ildən çıxış etdiyi “Tottenhem”dən ayrıldığını daha əvvəl təsdiqləyib. 33 yaşlı hücumçu son mövsümdə London klubu ilə Avropa Liqasının qalibi olub və komandada ümumilikdə 173 qol vurub. source
Premyer Liqada ən çox legioner oynadan klub bilindi
Azərbaycan Futbolu

Premyer Liqada ən çox legioner oynadan klub bilindi

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümündə ən çox legionerdən istifadə edən klub məlum olub. Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının ötən mövsümlə bağlı təqdim etdiyi hesabatda qeyd olunub. Son çempion “Qarabağ” ötən mövsümdə ən çox legionerdən istifadə edən komandadır. “Atlılar” 17 əcnəbidən istifadə edib. Sonuncu olaraq Liqanı tərk edən “Səbail” isə ən az legionerdən istifadə edən komandadır 12 əcnəbi. Premyer Liqada yeni mövsümdə. legioner limiti tətbiq edilməyəcək. source
Tanınmış futbolçu “Əl-Nəsr”dən ayrılmaq istəyir
Dünya Futbolu

Tanınmış futbolçu “Əl-Nəsr”dən ayrılmaq istəyir

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun klubunu dəyişməsi gündəmdədir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropaya qayıtmaq istəyir. 31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində o, komandanın heyətində 69 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib. Laportun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. source
Qəbələdə toplananlar: “Qəbələ”dən “Kəpəz”ə qədər
Azərbaycan Futbolu

Qəbələdə toplananlar: “Qəbələ”dən “Kəpəz”ə qədər

Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən “Şamaxı” dünən yoxlama oyunu keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Sumqayıt”a minimal hesabla qalib gəlib – 1:0. “Şamaxı” yay hazırlıqları çərçivəsində daha əvvəl “Kəpəz”i 6:1, “Karvan”ı 2:0 hesabıyla məğlub edib. Komandanın toplanışdakı yeganə məğlubiyyəti “Qəbələ”yə qarşı olub – 1:2. Bölgə təmsilçisinin növbəti sınağı avqustun 9-da debütant “İmişli”yə qarşı olacaq. Müsbət nəticələr “Şamaxı”nın çempionata daha hazır olacağından xəbərçidir. Yeni mövsümə hazırlıqlı olanlardan daha bir klub isə “Qəbələ”dir. Ötən mövsümdə I Liqada çempionluq yaşayan “qırmızı-qaralar” yay hazırlıqlarında məğlubiyyət...
Mahir üçün debüt günü
Azərbaycan Futbolu

Mahir üçün debüt günü

Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün “Kayzerslautern”də rəsmi debüt edəcək. Futbolpress.az xəbər verir ki, o, II Bundesliqanın I turunda “Hannover”lə səfər oyununa start heyətdə başlayacaq. Görüşə saat 15:30-da start veriləcək. Mahir yay transfer dönəmində “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. source
“Sumqayıt” “Şamaxı” ilə bacarmadı
Azərbaycan Futbolu

“Sumqayıt” “Şamaxı” ilə bacarmadı

Azərbaycan Premyer Liqası klubları “Şamaxı” və “Sumqayıt” bu gün yoxlama matçında üz-üzə gəlib. Futbolpress.az xəbər verir ki, görüş Qəbələ Şəhər Stadionunda keçirilib. Görüş “Şamaxı”nın qələbəsiylə başa çatıb – 1:0. “Şamaxı” bundan öncə sınaq matçında “Qəbələ”yə uduzub, “Karvan” və “Kəpəz”ə qalib gəlib. “Sumqayıt” isə “Kəpəz”i məğlub edib, “İmişli” ilə heç-heçəyə razılaşıb, “Qəbələ”yə isə uduzub. source
Azərbaycan güləşçilərindən 4 medal
Digər İdman Növləri

Azərbaycan güləşçilərindən 4 medal

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başa vurub. Futbolpress.az xəbər verir ki, son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıb. Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb. Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub. Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici gö...
Dadaşov fərqləndi, komandası qalib gəldi
Dünya Futbolu

Dadaşov fərqləndi, komandası qalib gəldi

Renat Dadaşovun çıxış etdiyi “Motor” (Lublin) yoxlama görüşündə Yunanıstanın “Asteras” klubuna 4:2 hesabı ilə qalib gəlib. Komanda.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin forvardı 46-cı dəqiqədə fərqlənərək, hesabı komandasının xeyrinə 2:0 edib. Dadaşov yeni mövsümdə Polşa çempionatının ilk iki turunda qol vura bilməyib. source