Blog

“Milan”dan ayrılan hücumçu Yunanıstan klubunda – Rəsmi
Dünya Futbolu

“Milan”dan ayrılan hücumçu Yunanıstan klubunda – Rəsmi

Serbiyalı hücumçu Luka Yoviç İtaliya A Seriyasını tərk edərək, Yunanıstanın AEK klubuna keçib. Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti açıqlama yayıb. 27 yaşlı futbolçu yeni komandaya azad agent statusu ilə qoşulub. Son mövsümdə “Milan”ın heyətində 15 oyuna çıxan Yoviç 2 qol vurub. O, karyerasına Belqradın “Srvena Zvezda” klubunda başlayıb. Daha sonra “Ayntraxt” (Frankfurt), “Real” və “Fiorentina” kimi klublarda çıxış edib. Serbiya millisində 45 oyun keçirən hücumçu bu qarşılaşmalarda 11 qola imza atıb. source
“Yay transfer pəncərəsi”nin vaxtı məlum oldu
Azərbaycan Futbolu

“Yay transfer pəncərəsi”nin vaxtı məlum oldu

Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “Yay transfer pəncərəsi”nin vaxtı müəyyənləşib. Futbolpress.az xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər. Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub. source
Ronaldo evlənir?
Dünya Futbolu

Ronaldo evlənir?

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes yeni toy şayiələri dalğasına səbəb olub. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun sevgilisi sosial şəbəkədə barmağında üzüklə göründüyü son fotoları ilə diqqət çəkib. Bundan əlavə, foto və videolarda genişmiqyaslı tədbirə hazırlıqdan xəbər verən bir neçə detalı da görmək olar. Ronaldo və Corcina doqquz ildir birlikdədirlər və beş uşaq böyüdürlər. source
“Araz-Naxçıvan”dan transfer
Azərbaycan Futbolu

“Araz-Naxçıvan”dan transfer

UEFA Çempionlar Liqasında iştirak edəcək futzal üzrə “Araz-Naxçıvan” komandası hazırlığını davam etdirir. Futbolpress.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Komanda bu dəfə braziliyalı “stolb”u heyətinə qatıb. Aleksanderson Teixeira Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib. Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti ...
“Qarabağ” “Şkendiya”ya qarşı – YENİLƏNİR
Azərbaycan Futbolu

“Qarabağ” “Şkendiya”ya qarşı – YENİLƏNİR

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxacaq. Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv III təsnifat mərhələsinin ilk matçında “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq. Skopyedə baş tutacaq görüşə saat 22:00-da start veriləcək. Komandalar arasındakı cavab görüşü avqustun 12-də Bakıda olacaq. UEFA Çempionlar LiqasıIII təsnifat mərhələsi, ilk oyun 5 avqust 22:00 Şkendiya (Şimali Makedoniya) – Qarabağ source
Daha bir il bölgə klubunda
Azərbaycan Futbolu

Daha bir il bölgə klubunda

“Karvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Futbolpress.az xəbər verir ki, Ceyhun Bağırzadə ilə yeni müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bağırzadə ötən mövsüm komandada 7 oyuna çıxıb. source
Abdullazadənin Xorvatiya çempionatında debütu baş tutmadı
Dünya Futbolu

Abdullazadənin Xorvatiya çempionatında debütu baş tutmadı

Xorvatiya çempionatında 2025/26 mövsümünün ilk turuna yekun vurulub. Komanda.az xəbər verir ki, turun son oyununda həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” öz meydanında “Qoritsa”nı qəbul edib. 24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun debütu baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Sabiq “Səbail”li bu günlərdə “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Abdullazadənin komandası ikinci turda səfərdə “Slaven Belupo”nun qonağı olacaq. Avqustun 10-da keçiriləcək həmin görüş Bakı vaxtı ilə 20:45-də start götürəcək. source
Rüfət ehtiyatda qaldı, komandası heç-heçə ilə başladı
Azərbaycan Futbolu

Rüfət ehtiyatda qaldı, komandası heç-heçə ilə başladı

Xorvatiya çempionatında 2025/26 mövsümünə start verilib. Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçunun çıxış etdiyi “Varazdin” ilk oyuna çıxıb. Sözügedən komanda azarkeşləri önündə “Qoritsa” ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1. Rüfət bu oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb. Abdullazadə bu yay “Varazdin”lə 3 illik müqavilə imzalayıb. source
Hüseynovun komandası 5 cavabsız qolla qalib gəldi
Dünya Futbolu

Hüseynovun komandası 5 cavabsız qolla qalib gəldi

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında 3-cü tur matçına çıxıb. Komanda.az xəbər verir ki, komanda səfərdə Plovdiv “Botev”i ilə qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib. Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. “Arda” hazırda turnir cədvəlində 4 xalla 7-cidir. source
Qurbanov: “Bunları burda deməyə ehtiyac yoxdur”
Azərbaycan Futbolu

Qurbanov: “Bunları burda deməyə ehtiyac yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında sabah “Şkendiya”ya qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib… – Vacib oyuna çıxırıq. İlk matçın burda olması rəqib üçün daha avantajlıdır. Çünki iki yaxşı qələbədən sonra öz meydanlarında bizi qəbul edəcəklər. Yaxşı komandaya qarşı hər iki oyunu qazanıblar. İstəkli komandaya qarşı oynayacağıq. Hazırıq və sabah sona kimi xarakterimizi göstərməliyik. “Şkendiya” bərk və istəkli komandadır. Çalışacağıq ki, yaxşı oyunla mübarizə aparaq və sona kimi oyundan qopmayaq. Yaxşı nəticə ilə burdan ayrılmaq istəyirik. Qarşımızda iki ardıcıl qələbəsi olan komanda var. Bizi çətin oyun gözləyir. – “Şkendiya”nın yəqin ki, oyunları...