Blog

Murad Məmmədov “47”nin səbəbini açıqladı
Azərbaycan Futbolu

Murad Məmmədov “47”nin səbəbini açıqladı

“Neftçi”dən “Pafos”a keçən Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb. Futbolpress.az xəbər verir ki, o, bu barədə Kipr klubunun mətbuat xidmətinin sorğusuna cavabında bildirib: “Futbola müdafiəçi kimi başlamışam və ilk nömrəm 4 olub. Daha sonra komandaya yeni məşqçi gəldi və məni vinger mövqeyində oynatmağa başladı. Bu zaman isə 7 nömrəli formanı seçdim. O vaxtdan hər iki nömrə mənim üçün xüsusi məna daşıyır. Əsas komandaya gələndə forma nömrəsi seçərkən həm 4, həm də 7-nin bir arada  olmasını istədim və buna görə 47 nömrəli formanı götürdüm”. Murad Məmmədov “Pafos”la 3+1 illik müqavilə imzalayıb. source
“Qarabağ” başladı – VİDEO
Azərbaycan Futbolu

“Qarabağ” başladı – VİDEO

“Qarabağ” Avstriyada keçirilən təlim-məşq toplanışına start verib. Futbolpress.az xəbər verir ki, Tirol bölgəsində məskunlaşan “atlılar” burda üç yoxlama oyunu keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. source...
Rumıniyalı mütəxəssis: “Hər iki mərhələnin favoriti “Zirə”dir”
Azərbaycan Futbolu

Rumıniyalı mütəxəssis: “Hər iki mərhələnin favoriti “Zirə”dir”

“Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. “Qartallar” ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Kutaisidə olacaq. Qəsəbə klubu duellərdən qalib ayrılacağı təqdirdə, növbəti mərhələdə “Hegelmann” (Litva) – “Paide” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq. “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi: “Zirə”ni izləyirəm. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb və artıq neçənci mövsümdür, avrokuboklarda iştirak edirlər. Hər iki mərhələnin favoriti “Zirə”dir. Onlar rəqiblərindən səviyyəcə üstündürlər və məncə, turu keçmək problem olmayacaq. Komanda bir az da güclənsə, əsas mərhələyə qədər irəliləyə bilərlər. Düzdür, Avropada asan oyun olmur. Amma...
“Neftçi”dən ayrılan futbolçu Kosovo klubunda
Azərbaycan Futbolu

“Neftçi”dən ayrılan futbolçu Kosovo klubunda

“Neftçi”dən ayrılan Edvin Kuçun yeni ünvanı məlum olub. Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Ballkani”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Edvin Kosovo təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. “Neftçi” Kuçla müddəti başa çatan müqaviləni uzatmayıb. source
Buntiç: “Azərbaycanda fərqli futbol mədəniyyəti gördüm”
Azərbaycan Futbolu

Buntiç: “Azərbaycanda fərqli futbol mədəniyyəti gördüm”

“Qarabağ”dan “Farense”yə keçən Fabian Buntiç açıqlama verib. Futbolpress.az xəbər verir ki, qolkiper klubun saytına açıqlamasında keçidi ilə bağlı bunları deyib: “Portuqaliyada evlənmişəm, burada yaşamağın necə olduğunu bilirəm və bu ölkədə hansı futbolun oynandığını da yaxşı anlayıram, buna görə qərar vermək çətin olmadı. Azərbaycanda Almaniya və Portuqaliyadan fərqli futbol mədəniyyəti gördüm. Amma Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq mənə çox şey öyrətdi. Portuqaliyaya daha böyük təcrübə ilə qayıdıram”. “Qarabağ” Buntiçlə müddəti bitən müqaviləni uzatmayıb və azad agent kimi “Farense”yə keçib. source
“Zirə”dən transfer
Azərbaycan Futbolu

“Zirə”dən transfer

“Zirə” yeni futbolçuyla anlaşıb. Futbolpress.az xəbər verir ki, “qartallar” Da Silva Tavareş Viera “Vierinya”nı heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanıb. Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib. source
Ayxan Hüseynovun yeni klubu – rəsmi
Azərbaycan Futbolu

Ayxan Hüseynovun yeni klubu – rəsmi

“Zirə” yeni futbolçuyla anlaşıb. Futbolpress.az xəbər verir ki, “qartallar” Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanıb. Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib. source
“Şəfa”dan ayrılan futbolçu I Liqaya yollandı
Azərbaycan Futbolu

“Şəfa”dan ayrılan futbolçu I Liqaya yollandı

“Şahdağ Qusar” yeni futbolçu ilə güclənib. Futbolpress.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. I liqa təmsilçisi Vüqar Həsənovla müqavilə imzalayıb. Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. Həsənovun son klubu “Şəfa” olub. “Şahdağ Qusar” daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov və Mehrac Baxşalını heyətinə qatıb. source
“Sabah”ın yeni transferi “Qarabağ”a “yox” deyib
Azərbaycan Futbolu

“Sabah”ın yeni transferi “Qarabağ”a “yox” deyib

“Sabah”ın yeni transferi Eden Makkarti “Qarabağ”dan təklif alıb. Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Müdafiəçi həm “Sabah”, həm də “Qarabağ”dan təklif almasına baxmayaraq, seçimi “Bayquşlar”dan yana olub. Klubun Çempionlar Liqasında mübarizə aparması keçiddə əsas amillərdəndir. “Sabah” Makkartini Cənubi Afrika Respublikası təmsilçisi “Kayzer Çifs”dən transfer edib. Müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. source
“Qarabağ”dan ayrıldı, Portuqaliya klubuna keçdi
Azərbaycan Futbolu

“Qarabağ”dan ayrıldı, Portuqaliya klubuna keçdi

“Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu məlum olub. Futbolpress.az xəbər verir ki, qolkiper Portuqaliya təmsilçisi “Farense”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə anlaşmanın detalları açıqlanmayıb. “Qarabağ” Buntiçlə müddəti bitən müqaviləni uzatmamışdı. Qolkiper yeni klubuna azad agent kimi keçib. source