Blog

Dino Ndlovu yeni transferdən danışdı: “Düzgün seçim edib”
Azərbaycan Futbolu

Dino Ndlovu yeni transferdən danışdı: “Düzgün seçim edib”

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu “Sabah”ın yeni transferi Eden Makkarti haqqında fikirlərini bölüşüb. Futbolpress.az xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) mətbuatına danışan keçmiş hücumçu həmyerlisinin “bayquşlar”a keçidini şərh edib: “Eden həm “Sabah”dan, həm də “Qarabağ”dan təklif aldı. Ona çoxlu maraq var idi. Düşünürəm ki, Azərbaycan çempionatına getməklə düzgün seçim edib. Açığı, onun “Qarabağ”ı seçməməsinin doğru və ya yanlış olduğunu deməyəcəyəm. Həmişə inanıram ki, böyük klublar böyük olaraq da qalır. Edenə iki klubdan da təklif gəldi və o, “Sabah”ı seçdi”. Dino 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. “Sabah” Makkartini CAR təmsilçisi “Kayzer Çifs”dən heyətinə qatıb. source...
“Zirə”nin rəqibi xal itirdi
Azərbaycan Futbolu

“Zirə”nin rəqibi xal itirdi

“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan çempionatında növbəti oyuna çıxıb. Futbolpress.az xəbər verir ki, Kutaisi təmsilçisi azarkeşləri önündə “Spaeri” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. “Torpedo” 19 turdan sonra 27 xalla 4-cü sıradadır. “Zirə” gürcülərə qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda keçirəcək. Cavab görüşü bir həftə sonra Kutaisidə olacaq. source
Azərbaycan yığmasında 23 futbolçu çağırıldı
Azərbaycan Futbolu

Azərbaycan yığmasında 23 futbolçu çağırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq. Futbolpress.az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır. U-17-yə dəvət edilən futbolçuların siyahısını nəzərinizə çatdırırıq: Nr.  Ad/Soyad Klub 1 Ülvi Abbaslı Sumqayıt 2 Oqtay Mehrəliyev Qarabağ 3 Cavidan Babayev Qarabağ 4 Ruslan Quliyev Neftçi 5 Vaqif Nəbiyev Qarabağ 6 Uğur Qurbanlı Qarabağ 7 Cihad Sadıqov Sabah 8 Roman Fərzəli Qarabağ 9 Mehdi Hüseyn Qarabağ 10 ...
“Qarabağ” yamaykalı vingerlə anlaşdı
Azərbaycan Futbolu

“Qarabağ” yamaykalı vingerlə anlaşdı

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Futbolpress.az xəbər verir ki, “atlılar” Rusiyanın “Pari NN” klubunda çıxış edən Reynaldo Cebhasla anlaşıb. Bu barədə “Legalbet.ru” saytı məlumat yayıb. Xəbərdə “Qarabağ”ın yamaykalı vinger üçün 1 milyon avro transfer haqqı ödəyəcəyi bildirilir. 26 yaşlı futbolçu başa çatan mövsümdə Rusiya Premyer Liqasında 25 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. source
Azərbaycan yığması İngiltərə ilə bir qrupda
Azərbaycan Futbolu

Azərbaycan yığması İngiltərə ilə bir qrupda

Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb. Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar. source
Azərbaycan Madriddə 4 idmançı ilə təmsil olunacaq
Digər İdman Növləri

Azərbaycan Madriddə 4 idmançı ilə təmsil olunacaq

Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaq. Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb. Turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər. İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar. Qeyd edək ki, yarış iyulun 7-12-si aralığında baş tutacaq. source
Azər Bağırov onu “Şamaxı”da görmək istəyir
Azərbaycan Futbolu

Azər Bağırov onu “Şamaxı”da görmək istəyir

“Turan Tovuz”dan ayrılan Şəhriyar Əliyev karyerasını “Şamaxı”da davam etdirə bilər. Futbolpress.az-ın məlumatına görə, bölgə klubu 33 yaşlı müdafiəçi ilə danışıq aparır. Komandanın baş məşqçisi Azər Bağırov Əliyevi komandasında görmək arzusundadır. Şəhriyar 2022-ci ildən “Turan Tovuz”da çıxış edirdi. Tovuz klubu onunla müddəti başa çatan müqaviləni uzatmayıb. Şəhriyar daha əvvəl “Kəpəz”, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) klublarında forma geyinib. O, Azərbaycan yığmasında üç oyuna çıxıb. Şahin Cəfərov source
“Qarabağ” onunla müqaviləni uzatdı
Azərbaycan Futbolu

“Qarabağ” onunla müqaviləni uzatdı

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Futbolpress.az xəbər verir ki, “atlılar” Azərbaycan millisinin müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalayıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov Premyer Liqada 267 oyunda 5 qol vurub. O, komandasının heyətində 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Millidə isə 82 matçda 1 bir qol vurub. source
“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
Azərbaycan Futbolu

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

Konqolu futbolçu Domi Massumo “Qəbələ”dən ayrılıb. Futbolpress.az xəbər verir ki, 23 yaşlı vinger karyerasını Ermənistanda davam etdirəcək. Massumo sözügedən ölkə təmsilçisi “Alaşkert”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Domi 2024-cü ildən “Qəbələ”də çıxış edirdi. Sol cinah vingeri klubla müddəti başa çatan müqaviləsini uzatmayıb. Domi son vaxtlarda Azərbaycandan Ermənistana üz tutan ikinci futbolçudur. Bundan öncə ötən mövsümü “Şamaxı”da keçirən braziliyalı müdafiəçi Sezar Enrike “Alaşkert”lə müqavilə imzalayıb. source
“Sumqayıt”da qərar həftəsi
Azərbaycan Futbolu

“Sumqayıt”da qərar həftəsi

“Sumqayıt” yeni baş məşqçisini açıqlamağa hazırlaşır. Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” artıq bir müddətdir, post üçün danışıqlar aparır. Klubun yeni baş məşqçisi əcnəbi olacaq. “Sumqayıt” bu həftə danışıqları yekunlaşdıracaq və yeni mövsümlə bağlı işlərə start verəcək. “Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasında mövsümü 41 xalla 8-ci sırada bitirib. “Sumqayıt” mayın sonunda baş məşqçisi Saşa İliçlə vidalaşıb. Şahin Cəfərov source