Blog

“Zirə”nin futbolçusu: “Mübarizəmizlə fəxr edirik”
Azərbaycan Futbolu

“Zirə”nin futbolçusu: “Mübarizəmizlə fəxr edirik”

“Zirə”nin futbolçusu İssa Cibrilla sosial şəbəkə hesabında paylaşım edib. Futbolpress.az xəbər verir ki, Konfrans Liqasında “Hayduk”la oyunda komandasının bərabərlik qolunu vuran Cibrilla paylaşımında bunları qeyd edib: “Konfrans Liqası – fəslin sonu. Turnirdə mübarizəmiz başa çatdı. Çalışdıq, amma futbolun öz qaydaları var. Məyusuq, lakin mübarizəmizlə fəxr edirik. İndi diqqətimizi mövsümə yönəldirik. “Hayduk”a vurduğu qolu çətin günlər keçirən nigeriyalı həmvətənlərimə həsr edirəm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”. “Zirə” iki oyunun nəticəsinə görə (1:1, 1:2) “Hayduk”a uduzub. source
Azərbaycanlı futbolçunun komandası erməniləri darmadağın etdi
Azərbaycan Futbolu

Azərbaycanlı futbolçunun komandası erməniləri darmadağın etdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib. Futbolpress.az xəbər verir ki, Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb. Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib. source
Millinin üzvü qol vurdu, komandası qələbə qazandı
Azərbaycan Futbolu

Millinin üzvü qol vurdu, komandası qələbə qazandı

Rusiya I Liqasında 3-cü turun oyunları keçirilir. Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Sadiq Baqıyevin formasını geyindiyi “Xabarovsk” klubu bu turda “Torpedo” ilə qarşılaşıb. Görüş “SKA Xabarovsk”ın qələbəsiylə başa çatıb – 1:0. Komandanın yeganə qolunu 54-cü dəqiqədə məhz Baqıyev vurub. Sadiq Azərbaycanın U-21 yığmasına dəvət alır. 3 turdan sonra “SKA Xabarovsk” 7 xalla 3-cü sıradadır. source
APL klublarının Qəbələ sınağı
Azərbaycan Futbolu

APL klublarının Qəbələ sınağı

Azərbaycan Premyer Liqası klubları “Şamaxı” və “Sumqayıt” bu gün yoxlama matçında üz-üzə gələcəklər. Futbolpress.az xəbər verir ki, görüş Qəbələ Şəhər Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 18:30-da satart veriləcək. “Şamaxı” bundan öncə sınaq matçında “Qəbələ”yə uduzub, “Karvan” və “Kəpəz”ə qalib gəlib. “Sumqayıt” isə “Kəpəz”i məğlub edib, “İmişli” ilə heç-heçəyə razılaşıb, “Qəbələ”yə isə uduzub. source
“Kaş ki, Ronaldo əbədi ola idi” – Federasiya prezidenti
Dünya Futbolu

“Kaş ki, Ronaldo əbədi ola idi” – Federasiya prezidenti

Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandanın hücumçusu Kriştiano Ronaldonun bir gün yığmanı tərk edəcəyini təbii və qaçınılmaz bir proses kimi dəyərləndirib. Komanda.az xəbər verir ki, federasiya rəhbəri “Expresso” nəşrinə açıqlamasında belə deyib: “Ronaldo – bu, sadəcə bir futbolçu deyil, Portuqaliya kimliyini aşan qlobal bir brenddir. Kaş ki, o, əbədi ola idi. Amma açıq danışmaq lazımdır, insan təbiətinin sərhədləri var. Bu, bir gün təbiətən baş verəcək”. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo hazırda 40 yaşındadır və Portuqaliya yığması tarixinin ən məhsuldar oyunçusudur. source
“Karvan”da yeni müqavilə
Azərbaycan Futbolu

“Karvan”da yeni müqavilə

“Karvan” yarımmüdafiəçi İbrahim Qədirzadə ilə 1 illik yeni müqavilə imzalayıb. Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qədirzadə ötən mövsüm komandanın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb. source
“Hamımız Messinin qalmasını istəyirik”
Dünya Futbolu

“Hamımız Messinin qalmasını istəyirik”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın əsas oyunçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib. Daha əvvəl mətbuatda 38 yaşlı hücumçunun ABŞ klubu ilə müqaviləsini 3 il müddətinə uzadacağı barədə məlumatlar yayılmışdı. Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı “Goal” nəşrinə açıqlamasında belə deyib: “Hamımız onun klubda qalmasını istəyirik. Hazırda danışıqlar gedir. Razılıq əldə olunsa, bu barədə klub rəsmi açıqlama verəcək”. Messi “İnter Mayami”yə 2023-cü ilin yayında qoşulub. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdir. Argentinalı futbolçu ilə yeni müqavilə imzalanarsa, o, karyerasını ən azı 41 yaşına qədər A...
“Turan Tovuz” uduzdu
Azərbaycan Futbolu

“Turan Tovuz” uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası növbəti yoxlama oyununu keçirib. Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Albaniyanın “Flamurtari” komandası ilə üz-üzə gəlib. Görüş tovuzluların məğlubiyyəti ilə bağlı çatıb – 0:1. “Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq. source
“Qəbələ”dən növbəti qələbə
Azərbaycan Futbolu

“Qəbələ”dən növbəti qələbə

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “İmişli” ilə qarşılaşıb. Matç “Qəbələ”nin qəlkəbəsiylə başa çatıb – 3:2. “Qəbələ” bundan öncə “Şamaxı”ya 2:1, “Karvan”a 2:0, “Sumqayıt”a isə 1:0 hesabıyla qalib gəlib. source
“Şamaxı”dan transfer
Azərbaycan Futbolu

“Şamaxı”dan transfer

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi futbolçu Bilal İsmayılovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Qeyd edək ki, “Şamaxı” daha öncə Emil Süleymanov (“Qəbələ”, icarə), Oruc Məmmədov (“Səbail”), Həbib İsmayılov (“Neftçi”), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique  (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinarionu (“Uniao Santarem”, Portuqaliya) transfer edib. source