“Sumqayıt” klubunun iki legioner futbolçusu qarşıdakı rəsmi oyunlar üçün ölkələrinin milli komandalarına dəvət alıblar.
Futbolpress.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Sedrik Badolo Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mavritaniya yığması ilə baş tutacaq matçlar üçün Burkina-Faso millisindən dəvət alıb.
Heyətin digər üzvü, müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində Kayman Adaları və Puerto-Riko ilə qarşılaşmalarda Qayana milli komandasının formasını geyinəcək.
