Gəncədə məşqçilik kurslarına start verilib

“Kəpəz” Təlim-Məşq Mərkəzində AFFA-nın C kateqoriyalı məşqçilik kurslarına start verilib.

Futbolpress.az xəbər verir ki, təlimlərə “Kəpəz” PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir. Akademiyanın koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə məsləhətçi funksiyasını yerinə yetirirlər. Açılış mərasimində AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov da qonaq qismində iştirak edib.

Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcının qatıldığı kursda “Kəpəz” Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da yer alıb. Birinci modulu noyabrın 12-dək davam edəcək və ümumilikdə 4 mərhələdən ibarət olacaq təlimlərin yekununda imtahanları uğurla verən idmançılar məşqçilik lisenziyasına sahib olacaqlar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir