Azərbaycan milli komandasının heyətində itki baş verib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Lorenso Mezzotero İtaliya çempionatının sonuncu matçında zədələndiyi üçün yığmanın toplanışından kənarlaşdırılıb.
Məşqçilər korpusu onun əvəzinə “Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanskini milli komandaya dəvət edib.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 13-də səfərdə Lixtenşteynin qonağı olacaq.
