“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”la matçda ön çarpaz bağları qoparaq ağır zədələnən futbolçu Türkiyədə əməliyyat olunub. “Açıbadem Ankara” xəstəxanasında həkim Mehmet Binnetin həyata keçirdiyi cərrahiyyə əməliyyatı uğurla baş tutub.
Üç gündən sonra xəstəxananı tərk edəcək futbolçunun reabilitasiya prosesinə başlayacağı və gələn ilin ilk aylarında fərdi məşqlərə qayıdacağı gözlənilir.
