Futzal üzrə Azərbaycan millisi DÇ-2028-in əsas mərhələsi çərçivəsində növbəti oyununu Latviya yığmasına qarşı keçirəcək.
Futbolpress.az xəbər verir ki, bu qarşılaşma noyabrın 8-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.
Bu matça qədər hər iki komanda rəsmi oyunlarda cəmi bir dəfə qarşılaşıb. Belə ki, AÇ-99-un seçmə mərhələsi çərçivəsində Belçikada keçirilən qrup oyununda üz-üz gələn komandalar qolsuz heç-heçə ediblər.
AÇ-99 (seçmə mərhələ – Belçika)
07.12.1998. Latviya – 0:0
