“Gəncəbasar”da yeni rəhbər

Azərbaycan Ii Liqasında çıxış edən “Gəncəbasar”a yeni prezident təyin olunub.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.

O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Klubun bundan əvvəlki rəhbəri Həşim Mövsümzadə idi.

“Gəncəbasar” I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir