Azərbaycan millisinin UEFA Millətlər Liqasında noyabrın 13-də səfərdə Lixtenşteyn millisi ilə, noyabrın 16-da isə yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Ayxan Abbasov 25 futbolçuya dəvət göndərib:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Şahruddin Məhəmmədəliyev | Qarabağ |
| 2 | Aydın Bayramov | Zirə |
| 3 | Emil Balayev | Neftçi |
| 4 | Bədavi Hüseynov | Qarabağ |
| 5 | Elvin Bədəlov | Neftçi |
| 6 | Anton Krivotsyuk | Tedjon Hana Sitizen (C. Koreya) |
| 7 | Rahil Məmmədov | Turan Tovuz |
| 8 | Rəhman Daşdəmirov | Sabah |
| 9 | Rüfət Abbasov | Neftçi |
| 10 | Toral Bayramov | Bursaspor (Türkiyə) |
| 11 | Eşqin Əhmədov | Qəbələ |
| 12 | Tellur Mütəllimov | Sabah |
| 13 | Qismət Alıyev | Zirə |
| 14 | Oruc Məmmədov | Şamaxı |
| 15 | Fərid Yusifli | Şəfa |
| 16 | Rüfət Abdullazadə | Hapoel Kiryat Şimona (İsrail) |
| 17 | Namik Ələsgərov | Kəpəz |
| 18 | Murad Məmmədov | Pafos (Kipr) |
| 19 | Abdulla Xaybullayev | Sabah |
| 20 | Aleksey İsayev | Sabah |
| 21 | Xəyal Əliyev | Sabah |
| 22 | Emil Mustafayev | Sumqayıt |
| 23 | Emin Mahmudov | Neftçi |
| 24 | Nihat Əhmədzadə | Sumqayıt |
| 25 | Mahir Emreli | Rakuv (Polşa) |
| 26 | Musa Qurbanlı | Qarabağ |
| 27 | Lorenzo Mezzotero | Sampdoriya (İtaliya) |
Siyahıda her alan futbolçuların böyük əksəriyyəti yığmanın daimi üzvləridir.
Millinin bundan öncəki oyunlarında heyətə dəvət almayan Qismət Alıyev bu dəfə siyahıdadır. Kuluarlarda onun Abbasovla şəxsi problemi olduğu, bu səbəbdən kənarda qaldığı iddia edilirdi. Lakin onun yığmaya çağırılmasıyla yayılan iddiaların əsassız olduğu aşkara çıxdı və yaxud aradakı “buzlar artıq əridi”.
Zədəsini yeni sağaldan və “Sabah”ın son matçlarında meydanda olan Xəyal Əliyev isə bir müddətlik fasilədən sonra milliyə qayıtdı. O, yığmanın iyunda Maltaya qarşı keçirilən yoldaşlıq görüşündə zədə almışdı.
Heyətdə başqa bir maraqlı məqam isə Namik Ələskərovla bağlıdır. “Kəpəz”də top qovan yarımmüdafiəçi bu mövsüm sərgiləndiyi oyunla Abbasovun diqqətini çəkməyi bacarıb. Namik Gəncə təmsilçisi uzun fasilədən sonra yığmaya göndərdiyi ilk oyunçudur.
Gənc futbolçular Nihat Əhmədzadə və Lorenso Mezzotore mütəxəssisin “gözünə girməyi” bacaran digər adlardır. Həm Nihat, həm Lorenso bunadək U-21 millisinə çağırılırdı. Nihat Premyer Liqada 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Sumqayıt”ın əsas üzvünə çevrilən Əhmədzadə yüksələn performansıyla millinin formasını daşımaq şansı qazandı.
Lorenso da ötən turda “Sampdoriya”da qol hesabını açdı. Millinin məşqçilər heyətinin böyük ümid bəslədiyi forvard ilk dəfə yığmaya dəvət alanlardandır.
Abbasov budəfəki seçimləri ilə böyük ehtimalla narazılıq yaratmayacaq. Mütəxəssisin 25 nəfərlik siyahısında yer alan futbolçular komandalarında mütəmadi şans qazananlardır.
Şahin Cəfərov
