Türkiyə Trendyol Süper Liqasının III turunun növbəti matç baş tutub.
Futbolpress.az xəbər verir ki, “Gənclərbirliyi” öz meydanında “Ərzurumspor”u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. “Dadaşlar”ın şərəfini qoruyan Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə görüşə ehtiyat skamyasından başlayıb. O, meydana 85-ci dəqiqədə daxil olub.
Türkiyə Süper Liqası
III tur
28 avqust
Gənclərbirliyi – Ərzurumspor 1:1
