Cəlal Hüseynovun komandasından çətin qələbə

Rumıniya çempionatında VII turun qarşılaşmaları davam edir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynovun şərəfini qoruduğu “Petrolul” klubu səfərdə “Universitatya”nın (Kluj) qonağı olub. Gərgin keçən duel həmyerlimizin kollektivinin qələbəsi ilə yekunlaşıb.

“Universitatya” – “Petrolul” 2:3

Qollar: Lukiç, 11, 55; Bran Flores, 3, Jerdea, 34, N’Lundulu, 49

Azərbaycan millisinin üzvü də bu qarşılaşmada şans qazanıb. Görüşə ehtiyat oyunçular skamyasından başlayan arxa xətt oyunçumuz 81-ci dəqiqədə Sergiu Hankanı əvəzləyərək yaşıl meydana daxil olub.

Səfərdən 3 xalla dönən “Petrolul” xallarının sayını 12-ə çatdıraraq turnir cədvəlində ikinci sıraya irəliləyib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir