“Paşa Həyat Sığorta” ASC, “SOCAR Polymer” MMC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB, “CineMastercard” MMC və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.
Futbolpress.az xəbər verir ki, 27 avqust tarixində start götürən tədbir 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Bu düşərgədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.
Qeyd edək ki, bu layihə 2014-cü ildən “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu və “Azərikimya” İB-nin dəstəyi ilə keçirilir və bu müddət ərzində 1200-dən çox məktəbli bu layihənin iştirakçısı olub.
