Bölgə klubundan “qol yağışı”

I Liqada mübarizə aparacaq “Şimal” yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində Region Liqası komandası “Qoçaqlı” ilə qarşılaşıb. Görüş “Şimal”ın darmadağını ilə başa çatıb – 7:0.

I Liqada mövsümə sentyabrın 3-də start veriləcək. Xaçmaz klubu birinci turda “Gəncəbasar”la qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir