“Sumqayıt”dan qolsuz sınaq

Mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti yoxlama görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, Filipe Kandidunun baş məşqçisi olduğu kollektiv Qəbələdə Qətərin “Əl-Xaritiyat” klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb (0:0).

“Kimyaçılar” daha əvvəl keçirdikləri sınaq matçlarında “Qəbələ” (0:0) və “Kəpəz”lə (0:0) heç-heçə edib, “Şamaxı” (0:2) və “İmişli”yə (1:4) isə məğlub olublar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir