“Zirə”dən ayrılan futbolçu Premyer Liqa klubuna keçə bilər

“Zirə”dən ayrılan Brahim Konate karyerasına Azərbaycanda davam edə bilər.

Futbolpress.az-ın məlumatına görə, “Araz-Naxçıvan” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Premyer Liqa təmsilçisi azad agent olan 30 yaşlı futbolçu ilə danışıqlara start verib.

Konate 2025-ci ildən “Zirə”də çıxış edirdi. O, “qartallar”la 29 oyunda 3 qol vurub.

Brahim daha öncə “Şamaxı”nın da formasını geyinib.

“Araz-Naxçıvan” bundan əvvəl “Zirə”ni tərk edən Ceyhun Nuriyevi də transfer edib.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir