Digər İdman Növləri

Azərbaycan idmançısı olimpiya rekordunu yenilədi
Digər İdman Növləri

Azərbaycan idmançısı olimpiya rekordunu yenilədi

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən idmançımız Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən “Denis Ten Memorial Challenger” seriya yarışında çıxışı zamanı +2.91 ball toplayaraq “Dördlü Salxov” üzrə son olimpiya rekordunu yeniləyib. Futbolpress.az xəbər verir ki, təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu perfonması ilə sonuncu dəfə rekorda imza atan Yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub. Seriya yarışında Arina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala sahib olub. source
III MDB Oyunları: Azərbaycan idmançıları finalda
Digər İdman Növləri

III MDB Oyunları: Azərbaycan idmançıları finalda

III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlara start verilib. Futbolpress.az xəbər verir ki, 1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar keçirilir. Yarışın ilk günündə qadınlar və kişilər fərdi proqramda təsnifat mərhələsində çıxış ediblər. Bu mötəbər turnirdə 7 ölkədən – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarusdan 43 gimnast mübarizə aparır. Azərbaycanı qadınların fərdi proqramında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, həmçinin Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Əli Niftəliyev, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil edirlər. Təsnifat mərhələsinin nəticələrinə əsasən qadınlar arasında finala Azərbaycan, Tür...
III MDB Oyunlarının  açılış mərasimi keçirildi
Digər İdman Növləri

III MDB Oyunlarının açılış mərasimi keçirildi

Gəncə şəhər stadionunda III MDB Oyunlarının təntənəli açılış mərasimi baş tutub. Futbolpress.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və minlərlə tamaşaçı iştirak edib. Mərasim Azərbaycan bayrağının arenaya gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı ölkələrin idmançıları tamaşaçıların alqış sədaları altında stadionu dövrə vurublar. Ardınca Azərbaycan Prezidenti İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. Açılış möhtəşəm bədii proqramla davam etdirilib. Qeyd edək ki, oyunlarda 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə iştirak edir. Azərbaycanı 340, Rusiya 262, Özbəkistan 254, Belarus 240, Qazaxıstan 147, Tacikistan 144, Qırğızıstan 126, Türkmənistan 48, Türkiyə 38, Kuba 11, Küv...
9 aya 43 medal
Digər İdman Növləri

9 aya 43 medal

Azərbaycan paralimpiyaçıları 9 ay ərzində beynəlxalq yarışlarda 43 medal qazanıblar. Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Medallardan 13-ü qızıl, 11-i gümüş, 19-u bürünc əyarlıdır. source
Əsgərov: “Pis komanda təsiri bağışlamırıq”
Digər İdman Növləri

Əsgərov: “Pis komanda təsiri bağışlamırıq”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə müsahibə verib. Futbolpress.az həmin müsahibəni təqdim edir… – Yeni mövsümün təlim-məşq toplanışı necə gedir? Hazırki durum necədir?– Sentybarın 10-dan məşqlərə start vermişik. Komanda demək olar ki, tam komplektləşib. Fiziki və taktiki planda işləyirik. Oktyabrın 2-də ABL-də artıq ilk görüşümüzü keçirəcəyik, rəqib “Sərhədçi”dir. Ona görə bəzi məsələləri tezləşdirmək lazımdır. Oyunçuların fiziki hazırlığı qənaətbəxşdir. Bu gün də yoxlama matçımız var. NTD ilə qarşılaşacağıq. Amma daha bir neçə yoxlama matçı nəzərdə tutulub. Taktiki hazırlıqlar da gedir. Vaxt azdır. Bu vaxt ərzində bəzi məsələləri ümumiləşdirib, komandya tətbiq etmək lazımdır. Pis komanda təsiri bağışlamırıq. Durum haqda nəsə demək tezdir. Sentyabrın 25-26-dan...
Azərbaycan güləşçisi dünya çempionu oldu
Digər İdman Növləri

Azərbaycan güləşçisi dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir. Futbolpress.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub. Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib. Bununla da yunan-Roma güləşçilərimizin mundi...
Bölgə klubu 4 yoxlama oyunu keçirəcək
Digər İdman Növləri

Bölgə klubu 4 yoxlama oyunu keçirəcək

“Quba” basketbol klubu dörd yoxlama oyunu keçirəcək. Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda artıq yeni mövsümün hazırlıqlarına başlayıb. “Quba” Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gündə bir dəfə olmaqla məşqə çıxır. Yeni transferlər də artıq kollektivə qoşulub. Qeyd edək ki, “Quba” Azərbaycan Basketbol Liqasında bu mövsüm ilk görüşünü oktyabrın 2-də səfərdə “Sərhədçi”yə qarşı keçirəcək. source
Türkiyə yığması finalda
Digər İdman Növləri

Türkiyə yığması finalda

Basketbol üzrə Avropa çempionatında yarımfinal oyunları keçirilib. Futbolpress.az xəbər verir ki, Türkiyə yığması final yolunda Yunanıstanla qarşılaşıb. Matçdan 94:68 xalla qalib ayrılan “ay-ulduzlular” finala yüksəlib. Türklərin kubok uğrundakı son matçında rəqibi Almaniya yığması olacaq. Görüş 14 sentyabrda keçiriləcək. source
“Şəki”dən transfer
Digər İdman Növləri

“Şəki”dən transfer

“Şəki” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Malek Deyvisi heyətinə qatıb. Amerikalı basketbolçu ötən mövsümün ikinci dövrəsini “Gəncə”də keçirib. O, daha əvvəl Çin və Litvada oynayıb. source