Digər İdman Növləri

Millinin Şarja hazırlığı
Digər İdman Növləri

Millinin Şarja hazırlığı

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar. Futbolpress.az xəbər verir ki, seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq. source
Mamedov dünya çempionatının finalında
Digər İdman Növləri

Mamedov dünya çempionatının finalında

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib. Futbolpress.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq. Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar. source
Azərbaycan klubu ilk oyunu uduzdu
Digər İdman Növləri

Azərbaycan klubu ilk oyunu uduzdu

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb. Futbolpress.az xəbər verir ki, komanda Belçika təmsilçisi “Lindemans”ı qəbul edib. Azərbaycan təmsilçisi rəqibinə 0:3 hesabıyla uduzub – 0:3 (17:25, 22:25, 23:25). Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq. Yarışa 1/32 final mərhələsindən başlayan “Xilasedici” bu raundda Rumıniyanın “Steaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib. source
Nazim texniki nokautla uduzdu – VİDEO
Digər İdman Növləri

Nazim texniki nokautla uduzdu – VİDEO

Azərbaycanlı döyüşdü Nazim Sadıxov UFC 323 turnirində döyüşə çıxıb. Futbolpress.az xəbər verir ki, o, fransalı Fares Ziamla qarşılaşıb. Görüş Nazimin məğlubiyyəti ilə başa çatıb. O, ikinci raundun sonlarında texniki məğlubiyyətlə uduzub. Bu, Nazimin UFC-da ilk məğlubiyyətidir. source
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
Digər İdman Növləri

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. Futbolpress.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək. Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb. source
Azərbaycan güləşçilərindən 6 medal
Digər İdman Növləri

Azərbaycan güləşçilərindən 6 medal

Azərbaycan güləşçiləri Rusiyada keçirilən 2 ənənəvi yarışda 6 medal qazanıblar. Futbolpress.az xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində təmsilçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Onun yeni çəkidəki debütü uğurlu alınıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb source
Özbəkistanlı dünya kubokunu qazandı
Digər İdman Növləri

Özbəkistanlı dünya kubokunu qazandı

Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə dünya kubokunun qalibi məlum olub. Futbolpress.az xəbər verir ki, Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub. O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb. Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər. source
Final üçün taybrek olacaq
Digər İdman Növləri

Final üçün taybrek olacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib. Futbolpress.az xəbər verir ki, tərəflər arasında baş tutan iki görüş də heç-heçə başa çatıb – 2:2. Qalib sabah keçiriləcək taybrek nəticəsində məlum olacaq. Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır. Dünya çempionatı noyabrın 23-də başa çatacaq. source
Azərbaycan yığması Gürcüstanla üz-üzə
Digər İdman Növləri

Azərbaycan yığması Gürcüstanla üz-üzə

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının 1/4 finalında bu gün Gürcüstanla üz-üzə gələcək. Futbolpress.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçirəcəklər. Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə yarımfinala yüksələn komanda müəyyənləşəcək. Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır. Dünya çempionatı noyabrın 23-də başa çatacaq. source