Bölgə klubunda yeni sponsor

“Şimal” Futbol Klubu xaçmazlı sahibkar Namik Eldarovla rəsmi əməkdaşlıq sazişinə imza atıb.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müqaviləni “Şimal”ın prezidenti Qılman İbrahimov və iş adamı Namik Eldarov imzalayıblar.

Anlaşmaya əsasən, Namik Eldarov klubun inkişafı istiqamətində dəstək göstərəcək. Bunun müqabilində isə regional klub sahibkara aid “Kristal Ticarət Mərkəzi” brendinin təbliğatını və marketinq fəaliyyətini həyata keçirəcək.

Bu tərəfdaşlıq regionda idmanın inkişafına təkan verməklə yanaşı, klubun mövqeyinin möhkəmlənməsinə və yerli bizneslə idman strukturları arasında faydalı işbirliyinin genişlənməsinə xidmət edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir