Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün daha iki matç keçirəcək.
Futbolpress.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq. U-15 ikinci görüşünü saat 18:15-də Haiti yığmasına qarşı keçirəcək.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
