FIFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının IX turunun “Sabah” – “Qarabağ” oyununu izləyib.
Futbolpress.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri qolsuz başa çatan matçla bağlı instaqram hesabında bunları yazıb:
“Bakıda keçirilən rəqabətli oyunda “Sabah” və “Qarabağ” xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam. Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm”.
