Misli Premyer Liqasının VIII turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Yeton Bekiri jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– İlk hissədə qol şanslarımız yarandı, lakin uğursuz olduq. Rəqib fasiləyə az qalmış standart vəziyyətdən fərqləndi. Oyunun yekununa 15 dəqiqə qalmış 3 qol buraxdıq. Məyusedici stiuasiyadır. Xüsusilə müdafiədə yaxşı oynaya bilmədik.
– 2 oyunda 4 qol buraxdınız. Qlobal problem nədir?
– Müdafiədə çox pis oynadığımız fikri ilə razıyam. Bir oyunçudan yox, ümumi komandadan danışmalıyıq. Görüləsi işlərimiz çoxdur.
– Matç bitdikdən sonra köməkçinizlə xeyli danışdınız. Nəyi müzakirə edirdiniz?
– Komanda haqqında müzakirələr aparırdıq. İki oyunda böyük hesabla uduzmuşuq. Bu gün də qol vura bilmədik. Problemlərimizi müzakirə edirdik. 73-cü dəqiqədən sonra üç qol gördük qapımızda. Komandanı necə düzəldə biləcəyimizi danışırdıq.
– Ardıcıl məğlubiyyətlərdən sonra növbəti oyuna necə köklənəcəksiniz?
– Heç bir matç asan deyil. Hər komandanın özünəməxsus keyfiyyətləri var. “Araz-Naxçıvan”ın dünənki görüşünü izlədim. Yaxşı komandadır, onları məğlub etməyə çalışacağıq.
– Uğursuz zolaqdan çıxmaq üçün nəyə ehtiyacınız var?
– Komandada kimisə ayırmıram. Doğrudur, gənc oyunçularımız var. Səhvlərə fərdi yox, ümumi baxıram.
Şahin Cəfərov
