“Sabah”dan ayrılan Timilehin Olavesun karyerasını Kosovoda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu “Ferizay”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Timilehin 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, əvəzedici komandanın üzvü olub. Forvard 2025-ci ilin yanvarından iyuluna qədər icarə əsasında “İmişli”də forma geyinib.
