“Sumqayıt” heyətini yeni qapıçı ilə gücləndirərək növbəti transferini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi son olaraq Təbrizin “Traktor” klubunda çıxış etmiş isveçli qolkiper Marko Yohansson ilə müqavilə imzalayıb. 28 yaşlı təcrübəli əlcək sahibi ilə mövsümün sonunadək anlaşma əldə olunub və o, yeni komandasında “16” nömrəli formada mübarizə aparacaq.
İsveçin “Malmö” klubunun yetirməsi olan Yohansson karyerası boyunca Almaniyanın “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi tanınmış kollektivlərinin şərəfini qoruyub. Təcrübəli qapıçı, həmçinin İsveçin U-15-dən U-21-dək müxtəlif yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
Xatırladaq ki, “Sumqayıt” yay transfer pəncərəsində kifayət qədər fəal olaraq heyətinə Emil Mustafayev (“Polissya”, Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), Jeam Oliveyra (“Kaşias”, Braziliya), Lukas Blak (“Ferroviario”, Braziliya), Renan Santana (“Famalikao”, Portuqaliya) və Mamadi Banqreni (“Qrenobl”, Fransa) kimi futbolçuları qatmışdı.
