Vüsal oynadı, komandası qələbə qazandı

Kosovo Superliqasında 7-ci turun növbəti qarşılaşmaları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” öz azarkeşləri önündə “Balkani” kollektivini qəbul edib. Gərgin keçən matç meydan sahiblərinin 2:1 hesablı iradəli qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 14-cü dəqiqədə Berişanın qolu ilə qonaqlar açsa da, ikinci yarıda təşəbbüsü ələ alan “Malişeva” 56-cı dəqiqədə D.İbişinin avtoqolu ilə tarazlığı bərpa edib, 87-ci dəqiqədə isə Buşayın vurduğu qolla vacib 3 xalı təmin edib.

Kosovo Superliqası

“Malişeva” – “Balkani” 2:1

Qollar: D.İbişi, 56 (avtoqol), M. Buşay, 87 – Berişa, 14

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli oyuna start “11-lik”də başlayıb və komandasının uğurlu çıxışında pay sahibi olub. Bu zəfərdən sonra xal ehtiyatını 16-ya çatdıran “Malişeva” turnir cədvəlinin ikinci pilləsində mövqeyini möhkəmləndirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir