Mahirin komandası yenə uduzdu

Polşa çempionatında 9-cu turun növbəti oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” səfərdə “Korona” kollektivinin qonağı olub. Qollarla zəngin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Polşa çempionatı

“Korona” – “Rakuv” 3:2

Qollar: M. Stepinski, 20 (pen.); 62 (pen.); C. Mena, 33 – L. Diabi-Fadiqa, 58, B. Mirçetiç, 82

Azərbaycan millisinin forvardı Mahir Emreli matça ilk “11-lik”də başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Uğursuz seriyadan çıxa bilməyən “Rakuv” keçirdiyi 9 qarşılaşmadan sonra topladığı 3 xalla 18 komandalıq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir